Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV TƏMİNAT ALIB GƏLİR
ELŞAD ABDULLAYEV TƏMİNAT ALIB GƏLİR4-10-2012, 13:48 |
![]() DİA.AZ: - Qeyd edək ki, az əvvəl Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Prezident İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılması və qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilməsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun adından məlumat yayıldı. Onun sözlərinə görə, eyni zamanda, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Elşad Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək. Bu isə o deməkdir ki, rəsmi Bakı Elşad Abdullayevin prezidentə müraciətini dəyərləndirib və onu Bakıya dəvət edir. Çünki Elşad Abdullayev öz müraciətində belə bir təminat istəyirdi. İndii isə sabiq rektora bu təminat verilir. Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, bu işdə birbaşa olaraq prezidentin maraqlı olması səbəbindən baş prokurorluq məlum qərarları verib. Mənbənin söylədikləri: В«Artıq Elşad Abdullayev hadisədən xəbərdardır və yaxın günlərdə Bakıya könüllü şəkildə gələ bilərВ». Geri qayıt |