Əsas Səhifə > Cəmiyyət > DEPUTATIN ƏVVƏLLƏR DANA OĞRUSU OLDUĞU DEYİLİR

DEPUTATIN ƏVVƏLLƏR DANA OĞRUSU OLDUĞU DEYİLİR


4-10-2012, 12:19
DEPUTATIN ƏVVƏLLƏR DANA OĞRUSU OLDUĞU DEYİLİR
KƏRƏM HƏSƏNOVUN QARDAŞINA QARŞI İDDİA

69 saylı Cəlilabad şəhər seçki dairəsindən mandat qazanmış Malik Həsənovla bağlı ilginc məlumatlar yayılıb. Cəlilabaddan verilən məlumata görə, rayonda Kərəm Həsənovun deputat qardaşının bir zamanlar heyvan oğurluğuna görə, həbs edildiyinə dair məlumatlar dolaşır.

Yayılan məlumatlarda deyilir ki, Malik Həsənov hələ xeyli əvvəl bir neçə nəfərlə birləşərək rayonda heyvan oğurluğuna qurşanıbmış. Həmin dönəmlərdə Kərəm Həsənovun yüksək vəzifədə çalışmadığı qeyd olunur. Bildirilir ki, Fərhad Əliyevin yanında kiçik vəzifədə çalışan Kərəm Həsənovun həmin vaxt Cəlilabad rayon Polis Şöbəsi ilə danışaraq problemi bir təhər yoluna qoyub. Lakin sonradan bir neçə dəfə məsələ qalxdığından Həsənov naziri Fərhad Əliyevə bununla bağıl müraciət etməli olub.

Rayonda dolaşan xəbərlərdə deyilir ki, Fərhad Əliyev həmyerlisinin xahişini yerə salmayıb, poislə problemi həll edib. İddia olunur ki, bu tapşırığa baxmayaraq, polisdə oğurluq hadisələri ilə əlaqədar qaldırılmış cinayət işlərində Malik Həsənovun adları qalıbmış. Son parlament seçkiləri zamanı bunun əlavə problem yarada biləcəyini düşünən komitə sədri Kərəm Həsənov həmin işləri ləğv elətdirib. \ tia.az \

Geri qayıt