Əsas Səhifə > Gündəm, Manşet > FARS-MOLLA REJİMİNİN NİZAMİ GƏNCƏVİ ABSURDU
FARS-MOLLA REJİMİNİN NİZAMİ GƏNCƏVİ ABSURDU4-10-2012, 09:32 |
İRAN HƏLƏ DƏ ABSURD İYRƏNCLİYİNDƏN VAZ KEÇMƏK NİYYƏTİNDƏ DEYİL DİA.AZ: - Fars-molla rejiminin danışan dillərindən olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili bir neçə gün əvvəl ABŞ tərəfindən açıqlanan dünyanın yeni xəritəsində Azərbaycanın bütöv dövlət şəkildə təqdim olunmasına etiraz edərək bildirmişdi ki, bəs, Güney Azərbaycan türkləri indiki hallarından məmnundurlar və onların ayrıca dövlət qurmaq niyyətləri yoxdur. Amili onu da demişdi ki, İranda kiməsə milli kimliyi baxımından təzyiqlər olunmur və guya ki, İranda yaşayan xalqlar üçün əsas olanı dindir. Amma Amilinin qıpqırmızı yalan danışdığı hər kəsə məlumdur. Çünki bu türk kökənli din xadimi də yaxşı bilir ki, indiki İran adlanan dövlətin İslam dininə tək aidiyyatı yalnız məscidlərdə oxunan azanlar qədərindədir. Başdan-başa fars şovinizminə xidmət edən, fars millətçiliyindən qaynaqlanan İranın siyasi dəst-xəttinin, dövlət mahiyyətinin zərrə qədərində İslama aidiyyatı olsaydı, öz milli kimlik haqqını tələb edən Azərbaycan türklərini edam kürsüsünə yox, danışıq masasına daşıyar, onun dərdini dinləyərdi. Çünki böyük İslam din idə buyurur ki, hər kəsin bir milli fərqlənmə haqqı var və bu, Allahdandır. Və əgər İranın İslam dininə aidiyyatı olsaydı, o zaman minlərlə müsəlman Azərbaycan türkünü qanını tökmüş vəhşi Ermənistanın yanında olmazdı, bu gün Ermənistanın bir dövlət kimi ayaqda durmasına dəstək verməzdi. Təbii ki, bütün bunlar hər kəsə məlum olan faktlardır və bizlər artıq erməni həyasızlığına olduğu kimi, artıq fars həyasızlığına da vərdiş etmişik. Belə olmasaydı, dahi türk şairi Nizami Gəncəvinin farslaşdırması prosesi baş verməzdi. Bu gün rəsmi Tehran ciddi-cəhdlə Nizami Gəncəvinin fars olduğunu, bir fars şairi olmasını dünyaya sırımağa çağırır və burada şairimizin öz əsərlərini farsca yazmasını sübut kimi nişan verir. Amma hər kəs yaxşı bilir ki, bütün bunlar, məsələn, 300 il Rusiyanı yönəltmiş Romanovlar sülaləsinin slavyan kökənli olmasını iddia etmək qədərində absurdun eynisidir. Çünki Romanovlar hətta Rusiyaya xidmət etmələrinə baxmayaraq, dünya tarixçiliyi tərəfindən türk kökənli bir xanədan kimi tanınıb. DİA.AZ bildirir ki, fars-molla rejiminin Nizami Gəncəvini mənimsəmə, özününküləşdirmə cəhdləri yenə də davam etməkdədir. Və bu günlərdə İranın xüsusi xidmət orqanlarnına yaxınlığı ilə seçilən «arannyus portalında Gəncədə dahi şairimizin 870 illik yubileyi ilə bağlı keçirilən tədbirə qısqanc və həmçinin təxribatçı reaksiyanı əks etdirən bir material sözügedən portal tərəfindən yayılıb. Qeyd edək ki, «Tədbirdə Nizami Gəncəvinin farsca şer söyləməsinə işarə edilməyib və dahi şairin şəxsiyyətindən sonra ən önəmli olan, yəni fars dilində söylədiyi şerlər görməməzliyə vurulub» deyən “AranNews” agentliyi öz sərsəmləməsini belə davam edir. «Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bazar ertəsi günü 1 oktyabrda Bakıda "Nizami Gəncəvinin 870 illik Yubleyi" adlı bir tədbir keçirərək, “Farsca Şer Söyləyən” tanınmış şairi məqsədyönlü şəkildə müsadirə edərək, onun ədəbi şəxsiyyətini təhrif edib. Bakı medialarının verdiyi məlumata görə UNESCO, Türkiyə, Misir, Qazaxıstan və bir neçə Avropa ölkəsinin nümayəndələrinin qatıldığı bu mərasimdə Nizami Gəncəvinin “Farsca Şer Söyləyən” şair olmasına və bu dəyərli şairin şəxsiyyətinin ən önəmli cəhəti, yəni fars dilində şerlər söyləməsi görməməzliyə vurulub və yalnız şairin Gəncə şəhərində anadan olmasına təkid edilib. Bu mərasimdə Gəncəvinin təvəllüdü və həyatı zamanı Gəncə şəhərinin İran ərazisinin bir hissəsi olduğu üzrə həqiqətə də heç bir işarə edilməyib». Hər halda, elə bu material belə sübut edir ki, Seyid Həsən Amili kimi məddahlar “İranda yaşayan xalqları milli kimlik düşündürmür” demələrinin çürük qoz qədərində əhəmiyyəti yoxdur. Çünki elə bu material belə İranda ana xəttin fars şovinizmi olmasını net şəkildə sübutlamaqdadır. Geri qayıt |