Əsas Səhifə > Güney Press / Manşet > MANDAT LƏĞV OLUNDU! SONRA NƏ OLACAQ?

MANDAT LƏĞV OLUNDU! SONRA NƏ OLACAQ?


3-10-2012, 16:38
MANDAT LƏĞV OLUNDU! SONRA NƏ OLACAQ?
DİA.AZ: - Məlum olduğu kimi, Mərkəzi Seçki komissiyası az əvvəl Gülər Əhmədovanın mandatını şəxsi müraciəti əsasında ləğv etdi. Mandatın ləğv edilməsinin səbəbləri barədə artıq bütün ölkə xəbərdardır. Xəbərdar olmadığımız isə hələ baş verməyənlərlə bağlıdır.

DİA.AZ bildirir ki, buna qədər hakim partiyanın ayrı-ayrı nümayəndələri Gülər Əhmədovanın YAP-dan qovulmamasını В«İşə MSK baxır, qərar versin, sonra biz qərarımızı verəcəyikВ» şəklində açıqlama ilə çıxış etmişdilər.

Yəni onların məntiqi ilə Gülər Əhmədova indi də YAP-dan qovulmalıdır. Təbii ki, bu addıma qədər Milli Məclis MSK-nın qərarını təsdiqləməli, Gülər Əhmədovanın toxunulmazlığı üzərindən qaldırılmalıdır.

Bu olay Gülər Əhmədovanın həbsinə gətirib çıxara bilərmi? Hər halda, mümkündür. Və özü də Azərbaycan reallıqları şəraitində. Əgər bir gün ərzində hakimiyyət məlum videoqalmaqala baxışını 180 dərəcəlik müstəvidə dəyişirsə, o zaman günlərin birində Elşad Abdullayevin milli qəhrəman kimi qarşılanması da gözləniləndir.

Reallığa gəlincə isə bütün bu baş verənlər istənilən halda hakimiyyət daxilindəki böhranın təzahürü kimi qəbul edilməlidir. Ən böhranlı durumda olanı isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Çünki hədəfdə olanı odur. Və hadisələrin bundan sonrakı inkişaf axarı da Ramiz Mehdiyevin mövqelərinin möhkəmliyindən asılı olacaq.

Geri qayıt