Əsas Səhifə > Güney Press / Manşet > HACI MƏMMƏDOV VİLLASINI SATIŞA ÇIXARIB

HACI MƏMMƏDOV VİLLASINI SATIŞA ÇIXARIB


3-10-2012, 14:48
HACI MƏMMƏDOV VİLLASINI SATIŞA ÇIXARIB
MƏHŞUR QULDURBAŞININ PULA EHTİYACI VAR

DİA.AZ: - Məhşur quldurbaşı Hacı Məmmədovun Bakıxanov qəsəbəsindəki 3 mərtəbəli villası satışa çıxarılıb. Bu ilginc məlumatı DİA.AZ-a informasiyalı mənbələr ötürüb.

Xəbəri vernən qaynaq iddia edir ki, saxlandığı təcridxanadan vəkili vasitəsilə yaxın qohumlarından birinin adına vəkalətnamə verən Hacı Məmmədov villasının satılmasını özü istəyib: В«Satışdan əldə olunan vəsait təbii ki, Hacı Məmmədovun ailəsinə çatacaqВ».

Satışda məqsədin maddi problem olmadığını bildirən mənbəmiz onu da vurğuladı ki, Hacı Məmmədovun ölkə kənarında biznesi var və ola bilsin ki, pul da Azərbaycandan çıxarılsın.

Qeyd edək ki, sirli məhbuslardan hesab olunan Hacı Məmmədov bir çox cinayət əməllərilə mühakimə olunub. Amma iddia olunur ki, quldurbaşı heç də bildiklərinin hamısını açıqlamayıb. Və məhz bu səbəbdən Hacı Məmmədov hələ də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.

Geri qayıt