Əsas Səhifə > Güney Press / Manşet > HACIBALA ABUTALIBOV HAQDA ŞOK XƏBƏR YAYILDI
HACIBALA ABUTALIBOV HAQDA ŞOK XƏBƏR YAYILDI3-10-2012, 12:55 |
![]() Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhətində ciddi problemlər yaranması barədə şox məlumat yayılıb. DİA.AZ bildirir ki, Bakı merinin naxoşlaması xəbəri “AzeriNews.org” portalında yer alıb. Xəbərdə iddia olunur ki, Abutalıbov son günlər gizli şəkildə psixiatr tərəfindən müalicə olunr. Portalın məlumatında deyilir: “Getdikcə güclənən xəstəlik Abutalıbovun ümumiyyətlə, fəaliyyətini məhdudlaşdırılmasına gətirib çıxarıb. Bildirilir ki, Hacıbala Abutalıbov mütəmadi şəkildə müalicə almalıdır. Əks halda bu xəstəlik daha da güclənə və H.Abutalıbovun səhhətini ağırlaşdıra bilər. Bununla bağlı məlumat verən mənbə qeyd edir ki, mer əvvəllər amneziya, şizofreniya və sklerozdan əziyyət çəkirdisə, son aylar autizm onda güclənib. Bu xəstəliyin əsas əlamətləri isə ruhi cəhətdən ətraf aləmdən ayrılma və öz daxilinə qapanmadır. Eyni zamanda autizm insanı psixi cəhətdən o vəziyyətə salır ki, o, baş verən hadisələrə adekvat cavab vermək əvəzinə tamamilə digər mətləblər barədə fikir yürüdür. “AzeriNews.org”a məlumatı verən mənbə Abutalıbovda autizmin ilk əlamətlərinin hələ ötən il biruzə verildiyini bildirir. Xüsusilə merin son günlər kabnetində oturub öz-özünə danışması artıq xəstəliyin ciddiliyinə dəlalət edir. Bidirilir ki, məhz bu problemlərə görə, yaxın vaxtlarda Abutalıbov vəzifəsindən azad edilə bilər. Çünki onun səhhəti artıq işləməyə imkan vermir və yaranan psixi problemlər merin sonda daha pis vəziyyətə düşməsinə şərait yarada bilər”. Qeyd edək ki, gün ərzində Bakı Şəhər İcra Hakimiyyətinə və əldə etdiyimiz Hacıbala Abutalıbovun mobil telefonuna zəng açsaq da, bizə cavab verən olmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |