Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞ UĞRUNDA MÜHARİBƏ BAŞLAYA BİLƏR
QARABAĞ UĞRUNDA MÜHARİBƏ BAŞLAYA BİLƏR3-10-2012, 11:28 |
ARTIQ RƏSMİ BAKININ BU YÖNDƏ DİPLOMATİK ARXAYINÇILIĞI VAR DİA.AZ: - Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad edə bilməsi üçün artıq gərəkən diplomatik tədarükü başa çatdırmaq üzərədir. Bu şok məlumatı redaksiyamıza verən bilgili qaynaq iddia edir ki, istənilən halda Qarabağ uğrunda savaş olacaq və burada əsas şərt savaşın kimin başlayacağındadır. Qeyd edək ki, DİA.AZ-a açıqlamasında məlumatlı mənbə çox ilginc faktları da dilə gətirib. Mənbəmiz davam edir: «Birinci Qarabağ savaşını ermənilər başladı və nəticələr onların xeyirlərinə oldu. Hər şey onların kontrolu altında olduğundan hələ Sovetlər Birliyi zamanlarından dünya ermənilərinin dəstəyi ilə savaşa hazırlaşan ermənilərin qarşısında hazırlıqsız olan Azərbaycanın itkisi nə qədər ağır olsa da, həm də şükür olunasıdır. Çünki daha betər nəticələr ola bilərdi və hətta bu yaxınlarda Qərb mətbuatında belə bir fikir də yer aldı ki, əslində birinci Qarabağ savaşında ermənilərin əsas planlarından biri də Bakının işğal edilməsilə bağlı olub və Ermənistan özünü hətta neft ölkəsi elan etməyə də hazırlaşırmış». Bu səfərki tədaruükün Azərbaycan tərəfindən tam ciddiyyətiylə aparıldığını bildirən mənbəmizin sözlərinə görə, növbəti prezident seçkilərinin ardından sülh danışıqları ilə bağılan gərgin müzakirələr açılacaq: «Bu günlərdə Azərbaycan dövləti adından rəsmi dillər Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların getmədiyini etiraf etməklə yanaşı, ilk dəfə olaraq bu danışıqların mənasız olduğunu da bəyan etdilər. Bu çox ciddi bəyanat idi və nəzərlərdən yayınmamalıdır». Artıq bir sıra beynəlxalq çevrələrlə, xüsusən də Kremlə münasibətlərini qaydasına salan rəsmi Bakının müharibə məsələsində «ruslarsız həll»ə razılıq aldığını da bildirən mənbəmiz əlavə etdi ki, Qərbin də bu məsələdə əslində ciddi bir etirazı yoxdur: «Artıq Qərbdə də yaxşı başa düşürlər ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi hətta onların da maraqlarına sərf etmir. Hətta bu gün Rusiya da Qarabağın işğal altında qalmasının əziyyətini çəkir. Bu, bir çox istiqamətlərdə hiss olunur. Odur ki, Azərbaycana torpaqlarını azad edə bilməsi üçün nəfəsliyin açılması qərarı verilib». Xatırladaq ki, bir müddət əvvəl Britaniyanın «Oxford» Analitica Araşdırma Mərkəzi Cənubi Qafqazda yenidən müharibənin alovlana biləcəyi ilə bağlı öz hesabatını açıqlamışdı. Qeyd edək ki, bu hesabat Azərbaycanda da böyük ajiotaj yaratdı. Hətta qeyri-rəsmi informasiyalara görə, bu hesabatda yer alan bir sıra məqamların Cənubi Qafqazın əsas münaqişə ocağı hesab olunan Qarabağ müharibəsinin hər iki tərəfi üçün vacib əhəmiyyət daşıyan xüsusi sirrlər olduğundan həm Bakıda və həm də İrəvanda çaşqınlıq da yaranıbmış. «Oxford»un proqnozlarına görə, son vaxtlar Azərbaycan yeni strategiyaya tərəfdardır: silah alqısının həcmini artırır və 2014-cü ildə operativ hazırlığa nail olmaq istəyir, o vaxta kimi danışıqlarda irəliləyiş olmasa, atəşkəs rejimi haqda sazişin imzalanmasının 20 illiyi ilə əlaqədar müharibəyə başlayacağı ilə hədələyir. Elə əldə etdiyimiz son məlumatlarda da Qarabağın azadlığı naminə başlanaaq hərbi əməliyyatların tarixi kimi məhz 2014-cü il göstərilir… Geri qayıt |