Əsas Səhifə > Gündəm, Manşet > ƏHMƏDOVANIN MANDATI ALINACAQMI?
ƏHMƏDOVANIN MANDATI ALINACAQMI?3-10-2012, 11:02 |
HAKİMİYYƏT BU İSTİQAMƏTDƏ HƏLƏ DƏ VAHİD MÖVQEYİNİ AÇIQLAMAYIB DİA.AZ: - Lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişin ardından hədəfə çevrilən deputat Gülər Əhmədova artıq rəsmən müdafiə olunsa da, bu gün onun həmçinin imtina qərarını verdiyi mandatının taley idə həll olunur. DİA.AZ-a verilən xəbərlərdə bildirilir ki, hələ də iqtidar düşərgəsində mandatın taleyilə bağlı vahid qərar yoxdur: «Ola bilsin ki, ümumiyyətlə, Gülər Əhmədovanın imtina qərarı rədd edilsin, göstərilən səbəb tutarlı sayılmasın. Hər şey ola bilər və ən yaxşısı saat 4-ə qədər gözləməkdir». Bildirək ki, Gülər Əhmədova mandatdan imtinasını baş vermiş olayla əlaqədar aparılan istintaqın işini çətinə salmamaq istəyilə əlaqələndirib. Mənbəmiz bildirir ki, hələlik ağırlıq Gülər Əhmədovanı himayə edən qrupun tərəfində olduğundan MSK-nın imtinanı rəsmiləşdirməsi gözlənilən deyil. Geri qayıt |