Əsas Səhifə > Ölkə > GENERAL: “QARDAŞIM OĞLU İLƏ QÜRUR DUYURAM”

GENERAL: “QARDAŞIM OĞLU İLƏ QÜRUR DUYURAM”


3-11-2011, 12:11
GENERAL: “QARDAŞIM OĞLU İLƏ QÜRUR DUYURAM”

“EMİN ÖZÜNÜ QABAĞA VERƏRƏK, ƏSGƏRLƏRİNİ QORUYUB”

“Emin Əliyev öz zabit vəzifəsini yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib”.

Bu sözləri APA-ya eksklüziv açıqlamasında Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev deyib.

O, qardaşı oğlunun Vətən uğrunda şəhid olduğunu bildirib: “Bildiyimə görə, Emin özünü qabağa verərək, əsgərlərini qoruyub. Bu zaman düşmənin snayper gülləsinə tuş gəlib, Vətən uğrunda şəhid olub. Bununla yalnız qürur duya bilərik”.

Qeyd edək ki, noyabrın 2-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun leytenantı, 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub.

E. Əliyev general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.


Geri qayıt