Əsas Səhifə > Partiya > İQTİDAR-MÜXALİFƏT DİALOQU OLMAYACAQ
İQTİDAR-MÜXALİFƏT DİALOQU OLMAYACAQ3-11-2011, 11:55 |
“ÇÜNKİ TƏRƏFLƏR BELƏ BİR MÜRACİƏTİ ETMƏYİBLƏR” Azərbaycanda iqtidar-müxalifət dialoqunun başlanması üçün tərəflərdən hər hansı müraciət yoxdur. Bunu cümə axşamı Trend-ə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib. Tarqay bildirib ki, tərəflərin istəyi olarsa, ATƏT bunun baş tutması üçün imkanlarını səfərbər edər. ATƏT-in Bakı ofisinin rəhbəri hesab edir ki, dialoqun baş tutması üçün tərəflərin istəyi olmalıdır. Çünki ATƏT dialoqun baş tutması üçün tərəf kimi iştirak etmir. Sadəcə, tərəfləri bir masa arxasında toplamağa, münasibətləri qurmağa zəmin yaradır. Martın 7-8-də ATƏT-in Bakı ofisi iqtidar və müxalifət partiyalarının dialoqunun keçirilməsini planlaşdırmışdı. Lakin tərəflərin razılığa gələ bilməməsi səbəbindən dialoq baş tutmadı. Geri qayıt |