Əsas Səhifə > Cəmiyyət > SABİRABADIN İKİ KƏNDİ AYAĞA QALXDI

SABİRABADIN İKİ KƏNDİ AYAĞA QALXDI


2-10-2012, 11:34
SABİRABADIN İKİ KƏNDİ AYAĞA QALXDI
ZƏNGƏNƏ VƏ CAVAD SAKİNLƏRİ KÖRPÜNÜ BAĞLAMAĞI QƏRARLAŞDIRIB

Sabirabad rayonunda Kür daşqınlarından sonra vəziyyət daha da ağırlaşmağa başlayıb. İndiyə qədər bu rayonda dəfələrlə etiraf aksiyaları keçirilib. Aksiyaların əksəriyyəti isə sosial tələblə olub.

TİA.AZ sosial şəbəkələrə istinadən xəbər verir ki, bu gün rayonun daha iki kəndinin sakinləri ayağa qalxacaqlar. Cavad və Zəngənə kənd sakinlərini ayağa qaldıran səbəb isə üzləşdikləri su problemidir.

Məlumatda deyilir ki, hər iki kəndin sakinləri pay torpaqlarını suvara bilmirlər. Buna səbəb isə pay torpaqlarının bölüşdürülməsi zamanı ayrı-seçkiliyin edilməsidir. Belə ki, imkansız ailələrə verilən torpaq sahələri çox uzaqda ayrılıb və onların yanından keçən su kanallarının indiyədək təmizlənməməsidir.
Məlumatda deyilir ki, Cavad və Zəngənə kənd sakinləri illərdən bəri torpaq sahələrini borc-xərclə şumlasalar da, orada heç nə əkə bilmirlər. Su probleminin həll olunmaması səbəbindən min bir əziyyətə qatlaşan insanlar çıxış yolunu yekunda səslərini qaldırmaqda görüblər.

TİA.AZ xəbər verir ki, indiyədək suvarma idarələrinə etdikləri şikayətlərin cavabsız qaldığını görən Cavad və Zəngənə kənd sakinləri bu gün Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşmaq qərarı veriblər. Onlar şikayətlərini birbaşa icra başçısına etmək istəyirlər. Məlumatda deyilir ki, əgər şikayətlərinə yenə də baxılmasa, ya aclıq aksiyasına başlayacaqlar, ya da Sabirabad şəhəri ilə Cavad kəndini birləşdirən Kür çayı üzərindəki körpünü bağlayacaqlar.

Geri qayıt