Əsas Səhifə > Gündəm, Manşet > GÖMRÜK SİSTEMİNDƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR

GÖMRÜK SİSTEMİNDƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR


2-10-2012, 10:23
GÖMRÜK SİSTEMİNDƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR
KƏMALƏDDİN HEYDƏROV NƏZARƏTDƏN ÇIXAN KADRLARINI CƏZALANDIRIR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, hələ də gömrük orqanlarını nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov qaçaqmal ikinci əl maşın alveri ilə bağlı yaranmış qalmaqalda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən onun yaxın adamlarının adını verməsi səbəbindən ikinciyə qəzəblidir və bu qəzəb gömrük sistemində islahatlara belə nədən ola bilər.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən gömrük orqanlarındakı qaynağın iddialarından belə aydın olur ki, FHN şefi artıq Aydın Əliyevin vəzifəsindən azad edilməsi üçün «yuxarılara» müraciət edib. Mənbəmiz bildirir ki, Aydın Əliyevlə yanaşı, onun müavini Səfər Mehdiyev də vəzifəsindən azad ediləcək.

Xatırladaq ki, bu günlərdə Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun əslən Nehrəm kəndindən olan iki fəhləni amansızcasına döyməsi və bu zaman «Siz Səfərə güvənirsiniz» deyərək onları hədələməsi (Səfər Mehdiyev də Nehrəmdəndir -red) olayı barədə məlumat vermişdik və məlumatımızda bildirmişdik ki, Səfər Mehdiyevə hədə yollayan Səməd Heydərovla bağlı FHN şefinə şikayət olunsa da, o, qardaşını müdafiə etmişdi. Amma bu məsələni unutmayan FHN şefinin qardaşı Səfər Mehdiyevdən qisas almaq fikrindən vaz keçməyib.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə məclislərin birində Səfər Mehdiyevlə Səməd Heydərov üz-üzə gəlirlər və bu zaman nazir qardaşı onu təhqir etməklə yanaşı, hədələyir də: «Bu məsələ də Kəmaləddin Heydərovun qulağına çatı rvə hətta nazirə bildirirlər ki, Səfər Mehdiyev də qardaşını söyüb. Və bu da DGK sədrinin müavinin taleyini qəti surətdə həll edib».

Mənbəmiz bildirdi ki, Aydın Əliyevlə Səfər Mehdiyevin eyni gündə vəzifələrindən azad ediləcəkləri ilə bağlı yarana biləcək hər hansı ajiotaj da indidən gö önünə alınıb: «Kəmaləddin Heydərov bu məsələdə prosesləri nəzarəti altında saxlaya bilməsi üçün Səfər Mehdiyevi hətta korrupsioner kimi qələmə verərək, onunla yollarını bu şəkildə ayırmağı düşünür. Bu zaman Səfər Mehdiyev həbs təhlükəsi ilə üz-üzə qala bilər, amma ona yaxın olan iki gömrük əməkdaşının qolları mütləq qandallanacaq».

Geri qayıt