Əsas Səhifə > Siyasət, Manşet > İRAN AZƏRBAYCANIN BİRLƏŞMƏSİNDƏN NARAHATDIR
İRAN AZƏRBAYCANIN BİRLƏŞMƏSİNDƏN NARAHATDIR2-10-2012, 09:52 |
FARS-MOLLA REJİMİ ADINDAN DANIŞAN DA BİZİMKİDİR, MALƏSƏF… DİA.AZ: - Bu günlərdə okeanın o tayından Güney Azərbaycanın azadlığı ilə bağlı müsbət impulsların gəlməsi gözlənildiyi kimi fars-molla rejimi tərəfindən böyük təpgi ilə qarşılanıb. Amma maraqlıdır ki, Azərbaycanın güneyi ilə quzeyinin birləşməsi məsələsinə rəsmi Tehran adından hansısa fars kökənli birisi yox, elə türk əsilli bir zat cavab verib. Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili etnik kökəncə Azərbaycan türkü olsa da, fars-molla rejiminin millətimizə qarşı danışan dillərindən biri olduğu hər kəsə məlumdur. DİA.AZ bildirir ki, elə ABŞ-dan gələn Güney Azərbaycan açıqlamasını təpgi ilə qarşılayan Seyid Həsən Amilinin Şimali Azərbaycan Respublikasını «Şimal ölkəsi» adlandırmasından da bu adamın hansı ovqatda olması aydın şəkildə görünməkdədir. Amilinin «AranNews» portalında yer almış reaksiyasını olduğu kimi diqqətinizə çatdırırıq. «İİR-nın 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz. AranNews - Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində düşmənlərin etnik hislərdən sui-istifadə etmək istəmələri mövzusuna toxunaraq deyib: "Bu yaxınlarda Amerika Konqresi azərbaycanlıların duyğularından sui-istifadə etmək və onu İran əleyhinə bir vasitəyə çevirmək üçün hərəkətə keçdi. Şimal ölkəsində (Azərbaycan Respublikası) də bəzi "millətçilər" bu addımı yaxşı qarşılayıblar". Ayətullah Amili vurğuladı: "İran İslam Respublikasının 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz. İranda hər bir kəsə millət və irqdən öncə əsas mövzu İslamdır və hamı bu mehvər ətrafına toplaşıb, bir-birləri ilə fərq hiss etmirlər". İmam cümə həmçinin, ümid və hədəfin Peyğəmbərin (s) ideal olduğu bir cəmiyyət qurmaq olduğunu və bu hədəfin dünyada gerçəkləşəcəyinə qədər mübarizədən əl çəkilməyəcəyinə və düşmənlərin İranda millətçilik ruhunu qaldırmağa çəhd etmələrinin əbəs olduğunu vurğulayıb. Qeyd edək ki, bir müddət qabaq ABŞ Konqresi Nümayəndələr Palatasının üzvlərindən biri qurumun xarici əlaqələr komitəsinə məktub yazaraq Bütöv Azərbaycanın təşkil edilməsini istəmişdi». Geri qayıt |