Əsas Səhifə > Gündəm, Manşet > ELDAR ƏZİZOV ÖZÜNƏ PUL QAZANMA ÜSULU TAPIB
ELDAR ƏZİZOV ÖZÜNƏ PUL QAZANMA ÜSULU TAPIB2-10-2012, 09:02 |
İCRA BAŞÇISI DƏSTİ 390 MANATA STOL-STUL SATMAQLA MƏŞĞULDUR DİA.AZ: - Sumqayıt şəhər İcra Hakimiyyəti pul qazanmağın çox "orjinal" metodunu tapıb. DİA.AZ-a məlumat verən şəhər sakinlərinin bildirdiyinə görə, Eldar Əzizovun rəhbəri olduğu dövlət qurumu əvvəllər sahibkarlarala alkapon, şüşə, kafel satırdısa, indi təyinat dəyişib. Bu dəfə Əzizov və adamları çayxana və kafelərə məcburi qaydada stol dəsti satmaqla ad çıxarıblar. Məlumatı aldıqdan sonra dəqiqləşdirmək üçün Sumqayıta yollandıq. Qısa müddətdə aydınlaşdırdıq ki, həqiqətən də şəhər İcra Hakimiyyəti pul qazanmağın yeni yolunu tapıb və bu da stol dəstlərini sahibkarlara sırımaqdan ibarətdir. Çox keyfiyyətsiz olan bu plastik stol-stul (1 stol, 4 stul) dəstinin qiyməti isə 390 manatdır. Araşdırma zamanı o da məlum olub ki, heç bir sahibkar bu "sövdələşmə"dən boyun qaçıra bilməz. Əks təqdirdə, Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları qısa müddət ərzində həmin iaşə obyektinin qarşısına gələrək, "min cür xəstəlik", "mikrob", "bəla" tapıldığını deyərək, qapısına möhür vururlar. Qeyd edək ki, Eldar Əzizov bu sahədə ilk deyil. Çünki bir neçə il bundan əvvəl keçmiş icra başçısı Vaqif Əliyev də bunabənzər bir "kampaniya" təşkil eləmişdi. Vaqif Əliyev Eldar Əzizovdan fərqli olaraq sahibkarlara adi zibil qutuları satmaqla pul qazanmağa çalışmışdı. Bir ədədini 80 manatdan yerli sahibkarlara sırıyan keçmiş icra başçısının xeyli irəli düşdüyünü deyirlər. Sumqayıtda olduğumuz zaman "Sanepidemstansiya"nın əməkdaşları bizə etiraf etdilər ki, onlarlıq burada bir iş yoxdur. Çünki tapşırıq şəhər İcra Hakimiyyətindən gəlib və bu səbəbdən də sahibkar onların təklif etdiyi stol dəstini almalıdırlar. Hətta bahalı və yüksək keyfiyyətli stol-stul alsalar belə, əhəmiyyəti yoxdur. Eldar Əzizov bir obyektdən nə qədər qazanır? Bunun üçün elementar hesablama aparmaq kifayət edir. Belə ki, bir obyekt üçün orta hesabla 5-10 ədəd stol-stul dəsti lazımdır. Belə olan təqdirdə, bir obyektin minimum 2000, maksimum isə 3900 manat pul xərcləməsi lazımdır. Sumqayıtda belə obyektlərin sayının yüzlərlə olduğunu nəzərə alsaq, o zaman icra başçısının həqiqətən də böyük gəlir əldə etdiyini deməyə gərək qalmır. Geri qayıt |