Əsas Səhifə > Cəmiyyət > “TEZ-TEZ BİRLİKDƏ GÖRSƏNİRDİK”

“TEZ-TEZ BİRLİKDƏ GÖRSƏNİRDİK”


3-11-2011, 11:37
“TEZ-TEZ BİRLİKDƏ GÖRSƏNİRDİK”

EYNULLA FƏTULLAYEV AYDINLIQ GƏTİRİR

Jurnalist Eynulla Fətullayev həbsdə olarkən onu ən çox müdafiə edən həmkarı Şahvələd Çobanoğlu idi. E.Fətullayev həbs olunmazdan öncə onlar bir yerdə çalışmışdılar.

Çoxları hesab ediridi ki, Eynulla Fətullayev həbsdən çıxdıqdan sonra bu iki jurnalsit bir yerdə fəaliyyət göstərəcək. Lakin bu, baş vermədi. İndi bəzi məlumatlara görə, onların arasında soyuqluq yaranıb.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Eynulla Fətullayevlə əlaqə saxlayıb. O, açıqlamasında Şahvələd Çobanoğlu ilə aralarında heç bir soyuqluğun olmadığını və hələ də dost olaraq qaldıqlarını vurğulayıb:
“Sadəcə əvvəllər biz bir yerdə işləyirdik və tez-tez birlikdə görsənirdik. İndi bir yerdə işləmirik. Amma bizim yaxşı şəxsi münasibətlərimiz var”.

E.Fətullayev nəşrinə başlamaq istədiyi qəzetdə də Şahvələd Çobanoğlu ilə bir yerdə çalışacaqlarını vurğulayıb: “Niyə də olmasın? Məni təəcübləndirir ki, bu məsələ niyə gündəmə gəlir? Mən hər gün onunla danışır, söhbət edirəm. Elə dünən axşam iki saat onunla telefonda danışmışam. Yeni çıxacaq qəzetdə də əlbəttə ki, bir yerdə olacağıq”.


Geri qayıt