Əsas Səhifə > Gündəm, Manşet > AĞDAMI BİZİMKİLƏR DƏ TALAYIR

AĞDAMI BİZİMKİLƏR DƏ TALAYIR


1-10-2012, 13:24
AĞDAMI BİZİMKİLƏR DƏ TALAYIR
RAYONDA 20 MİN MANATLIQ OĞURLUQ NƏTİCƏSİNDƏ ƏHALİ SUSUZ QALIB

DİA.AZ: - Böyük bir hissəsi erməni işğalı altında olan Ağdam rayonunun azərbaycanın nəzarətində olan kəsimi ilə bağlı durumun acınacaqlı olduğu dəfələrlə təsdiqlənib. Əslində ağdamda da vəziyyət elə digər rayonlarda olduğu kimidir. Amma 4 minə yaxın şəhid vermiş və ərazilərinin böyük hissəsi ermənilər tərəfindən işğal olunmuş, əhalisinin çox qaçqın düşmüş bu rayonun istənilən bir problemi insanda ürək ağrısına səbəb olmaya bilmir.

Bu səbəbdən bizlər də ağdamdan gələn hər bir məlumata xüsusi həssaslıqla yanaşırıq. Bu arada DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Ağdamın Quzanlı qəsəbəsində bir müddət əvvəl oğurluq hadisəsi baş verib və nəticədə yerli sakinlər susuz qalıblar.

Rayondakı qaynaqlardan sızan informasiyaya görə bir gecənin içində qara bazarda satış qiyməti 120 manat olan 160 ədəd su borusu oğurlanıb: «Təbii ki, bu işi yerli məmurlar həyata keçiriblər. Çünki nə az-nə çox düz 160 ədəd su borusu oğurlanıb və yerli məmurların icazəsi olmadan bu işi kimsə həyata keçirə bilməz».

Mənbəmiz onu da bildirdi ki, artıq rayon sakinləri yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər: «Amma xeyri yoxdur. Kimsə susuz qalmış sakinləri dinləmir». Mənbəyə görə, elə buradan da oğurluğun məhz yerli su idarəsinin rəhbərləri tərəfindən həyata keçirildiyi məlum olur:

«Ağdamı ermənilər işğal edib və işğal altında saxladıqları ərazidə daş üstündə daş qoymayıblar. Yəni onların bu hərəkətləri başa düşüləndir. Bəs bizimkilər niyə Ağdama qarşı düşmən kimi münasibət bəsləyir? Bunu rayon sakinləri anlaya bilmirlər».

Geri qayıt