Əsas Səhifə > Sosial, Manşet > MƏDƏT QULİYEVƏ DƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

MƏDƏT QULİYEVƏ DƏ QARŞI TƏXRİBAT HAZIRLANIR


1-10-2012, 12:58
MƏDƏT QULİYEVƏ DƏ QARŞI TƏXRİBAT HAZIRLANIR
AZƏRBAYCANDA GÜRCÜSTAN HADİSƏLƏRİNİN TƏKRARI GÖZLƏNİLİR

DİA.AZ: - Bu günlərdə Gürcüstanda baş verən həbsxanada işgəncə qalmaqalı seçkiqabağı ərəfədə gürcü müxalifəti üçün göydəndüşmə fürsət oldu. Bunun da nəticəsində nazirlər belə istefaya göndərildi və bu hadisə Saakaşvilinin partiyası üçün parlament seçkisi öncəsi böyük zərbə kimi dəyərləndirildi.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan məlumatlardan isə aydın olur ki, anoloji hadisə Azərbaycanda da təkrarlana bilər. Amma bu dəfə hədəfdə siyasi hakimiyyət yox, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevdir.

Məlumatı verən mənbə iddia edir ki, həbsxanaların birində bir neçə ay əvvəl məhbuslara qarşı amansız davranılıb: «Hətta həmin məhbuslardan biri dünyasını dəyişib. Amma sonradan bu məsələ əcəlin ayağına yazılıb».

Həmin döyülmə səhnəsinin həbsxana işçilərindən biri tərəfindən telefonla çəkildiyini iddia edən mənbəmiz bildirdi ki, bununla əlaqədar Mədət Quliyevin rəqibləri hərəkətə keçiblər: «Onlar əllərindəki video ilə xidmət rəisini istefaya göndərmək istəyirlər və yaxın vaxtlarda sosial şəbəkələrdə həmin videomaterialın yayılması gözlənilir».

Onu da bildirək ki, Elşad Abdullayev də bir neçə gün əvvəl Gülər Əhmədova ilə bağlı gizli videoçəkiliş yaymışdı. Doğrudur, rəsmi Bakı artıq bu gün səhər saatlarından etibarən çeviklik nümayiş etdirərək hadisələri kontrol altına ala bilib. Hər halda, bu olayla əlaqədar hakimiyyət içində hər hansı gərgin atmosfer təzahürü ortaya çıxmış olsaydı, o zaman gizli videoçəkiliş həvəskarları daha da fəallaşaraq bu yolla böyük işləri görməyə başlayacaqdılar. Yəni bu məsələdə YAP iqtidarının son davranışları onu göstərdi ki, bu kimi təxribatçı qüvvələr üçün hər hansı stimmullaşdırıcı məqama yol verilməyəcək.

Amma buna rəğmən yenə də bəziləri hərəkətə keçmə təşəbbüsündədirlər və bu yolla Mədət Quliyevin görəvindən alınacağına ümid edirlər.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt