Əsas Səhifə > Gündəm, Manşet > TANINMIŞ SƏNƏTÇİNİN YAXIN QOHUMU «BOMJ»DUR
TANINMIŞ SƏNƏTÇİNİN YAXIN QOHUMU «BOMJ»DUR1-10-2012, 11:15 |
SƏFİL HƏYATI YAŞAYAN BALƏHMƏD KİŞİ DOSTƏLİYEVADAN ŞİKAYƏTLƏNDİ DİA.AZ: - Tanınmış müğənnimiz Nazpəri Dostəliyevanın doğmaca xalası oğlu Baləhməd kişi bu gün səfil həyatı yaşayır. Hər halda, bu gün bahalı bir həyat yaşayan xanım sənətçimizin yaxın qohumunun bu acınacaqlı həyatı bir çoxlarını heyrətə gətirir. DİA.AZ əməkdaşları ilə söhbətində Nazpəri Dostəliyevanı ağız dolusu tərifləyən Baləhməd kişi şəkil çəkdirməyə icazə verməsə də, əməkdaşlarımız əllərindən gələni ediblər. Doğrudur, şəkillər keyfiyyətsiz alınıb, amma yaxın günlərdə yeni fotoları diqqətinizə çatdıracağıq. Baləhməd kişi bildirir ki, o, gündəlik dolanışığını «Azərbaycan» Dövlət nəşriyyatında yığılıb-qalan zibilləri atmaqla təmin edir. «Bəs Nazpəri xanım sənə kömək etmirmi» sualımızın cavabında isə Baləhməd kişi bildirdi ki, xanımm sənətçi xalası oğluna yardım etmir: «Özüm görəndə pulunu alıram. O gün təsadüfən bazarda rastlaşdım, tutub 100 dollarını aldım». Geri qayıt |