Əsas Səhifə > Cəmiyyət > PARTLAYIŞDA GÜNAHKAR CAVİD QURBANOVUN ADAMLARIDIR

PARTLAYIŞDA GÜNAHKAR CAVİD QURBANOVUN ADAMLARIDIR


1-10-2012, 11:05
PARTLAYIŞDA GÜNAHKAR CAVİD QURBANOVUN ADAMLARIDIR
SUMQAYITDAKI PARTLAYIŞLA BAĞLI İLGİNC RƏSMİ RƏY

Sumqayıtda "Azərbaycan Məişət Malları" zavodunda çox ciddi şəkildə yanğın təhlükəsizlik qaydaları pozulub.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə baş prokurur Zakir Qaralov Sumqayıtda zavodda baş vermiş partlayışla əlaqədar açılmış cinayət işinin istintaqı ilə bağlı deyib.

Qaralov bildirib ki, zavoddakı çənlərin təmirinə cəlb edilmiş qaynaqçılar həmin müəssisənin əməkdaşları olmayıb, kənardan gətiriliblər.

Baş prokurorun sözlərinə görə, istintaq hazırda həmin işlə bağlı təyin edilmiş ekspertizaların nəticələrini gözləyir.

"Ağır nəticələrə səbəb olmuş bu hadisədə məsuliyyəti olan konkret şəxslər məsuliyyətə cəlb olunacaq", Qaralov deyib.

Qeyd edək ki, bu il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən "Azərbaycan Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş verib.

Yanğın zamanı 3 nəfər həlak olub. Hadisənin qarşısını alarkən yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin 7 əməkdaşı, eləcə də həmin müəssisədə işləyən 3 nəfər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Üzərlərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və digər ağır nəticələrə səbəb olduğundan fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.

DİA.AZ bildirir ki, həmin zavod “Azəravtoyolservis” ASC-nin prezidenti Cavid Qurbanova məxsusudur və bu barədə səsələnən iddialara görə, hakimiyyət dairələri hadisə ilə bağlı məsuliyyəti ancaq Cavid Qurbanovda gorür. Hətta rəsmi çevrələrin əlində təkzibolunmaz faktlar da var ki, bu hadisəCavid Qurbanovun yaxın adamları tərəfindən törədilib. Hər halda burada inandırıcılıq payı az olsa da, mənbəmiz iddia edir ki, bu yolla son zamanlar bir sıra iqtidar çevrələri tərəfindən hədəfə alınan və hətta gedəcəyi ilə bağlı informasiyalar dolaşan Cavid Qurbanov qisas almaq fikrinə düşüb.

Mənbəmizin sözlərinə görə, artıq ASC şefinin yaxın adamları baş vermiş partlayışla bağlı sorğu-suala çəkiliblər.

Geri qayıt