Əsas Səhifə > Sosial, Manşet > MASALLIDA YEİ TİKİLƏN MƏKTƏBƏ QARŞI NARAZILIQ

MASALLIDA YEİ TİKİLƏN MƏKTƏBƏ QARŞI NARAZILIQ


1-10-2012, 10:07
MASALLIDA YEİ TİKİLƏN MƏKTƏBƏ QARŞI NARAZILIQ
SAKİNLƏR DEYİR Kİ, MƏKTƏBİN YERİNƏ İŞ YERİ AÇILSAYDI, YAXŞI OLARDI

DİA.AZ: - Məktəblər yenə də qapılarını uşaqların üzünə açdı. Yüzlərlə uşağın gül-çiçəklə, təbəssümlə məktəb həyətinə toplaşdıqlarını görmək doğrudan da fərəhli idi. Təhsil sahəsində görülən işlərdən bəh-bəhlə danışılsa da, Masallıdan redaksiyamıza daxil olan məktubdan heç də belə sevincli təssərüt yaranmır.

Bildirək ki, yeni dərs ilində cənub bölgəsində ümumilikdə 20-dən artıq yeni məktəbin açılışı oldu, hələ yenidən təmir olunanları demirik. Bu məktəblərin də hamısına yeni avadanlıqlar verilib. Amma çifayda. Redaksiyamıza daxil olan bir qrup Masallı sakininin müraciətində deyilir ki, yeni məktəblərin inşa olunduğu kəndlərdə əslində heç də belə bir dəmdəstgaha ehtiyac yox idi.

DİA.AZ-a daxil olan məktubda deyilir: “Əslində daha böyük kəndlər var idi ki, onlar üçün yeni məktəblər inşa olunmalı idi. Amma hökumətimiz bu dəfə də hesablanmamış addım atdı”.

Qeyd edək ki, bu dərs ilində təkcə Masallıda 5, Lənkəranda isə 3 yeni məktəb inşa olunub. Amma sakinlər bildirir ki, həmin məktəblərin əksəriyyəti bu gün ağzıgünə qalıblar: “Bir çoxları düşünür ki, yəqin Masallı sakinləri buna sevinirlər. Əsla, çünki problemli kəndlərimiz unudulub, amma əhalisi az olan kəndlərdə yeni məktəb tikilib. Məsələn, Masallının Ərəb kəndində yeni məktəb istifadəyə verildi, bu gün bu məktəbdə dərs vaxt beş-on nəfərdən artıq uşaq tapmaq möcüzəyə bənzəyir. Hətta qonşu kəndlərdən axın olsa belə, bu məktəbin sinif otaqlarını doldurmaq imkansızdır”.

Narazı vətəndaşlar onu da bildirdilər ki, həmin kəndin köhnə məktəbi işə yarayırdı: “Bir balaca təmirə ehtiyacı var idi. əgər Ərəb kəndi yerli rəhbərlik, həmçinin təhsil nazirliyi üçün bu qədər əziz idisə, o zaman bu kənddə həmin vəsaitə bir istehsal müəssisəsi yaradılsaydı pis olmazdı. Çünki işsizlik baş alıb gedir. Kənddə kimsə qalmaq istəmir. Ona görə də bu kəndin iş dalınca gedən sakinləri də uşaqlarını işlədikləri yerdə məktəbə qoyurlar”.

Məktubda həmçinin deyilir ki, bu məktəbin heç yetərli sayda fənn müəllimləri də yoxdur. Bildirək ki, artıq bu problemlə bağlı Misir Mərdanov da açıqlamasını verib və nazir bildirib ki, onlar kəındə təyinatla yolladıqları müəllimləri orada saxlaya bilmirlər.

Geri qayıt