Əsas Səhifə > Ölkə, Manşet > LƏNKƏRANDA İCRA BAŞÇILARININ METLAX MANİYASI

LƏNKƏRANDA İCRA BAŞÇILARININ METLAX MANİYASI


30-09-2012, 16:01
LƏNKƏRANDA İCRA BAŞÇILARININ METLAX MANİYASI
HƏR YENİ BAŞÇI ÖZ METLAXINI VURMASA...

DİA.AZ: - İcra başçısı Taleh Qaraşov digər həmkarları kimi özünə yeni pulyemə üsulu seçib. əslində burada elə bir yenilik yoxdur. Yəni necə ki, digər rayonlarda, eləcə də Lənkəranda təzə başçı köhnə başçının tikdiklərini sökərək, əvəzində öz zövqündən doğan memarlığı tətbiq edir ki, bunun da nəticəsində milyonlarla manat büdcə pulu talan edilir.

Qeyd edək ki, bütün rayonlarda eyni mənzərə hökm sürməkdədir. Yeni gələnlər könənin “qalıqlarından” imtina edir. Maraqlı orasıdır ki, hər dəfə də inşaat işləri eyni ərazidə həyata keçirilir. Yəni onlar hətta yeyinti zamanı belə zərrə qədərində olsa da, xeyir vermək istəmirlər. Yəni olardı ki, pulyemə adı altında rayın başçıları başqa, daha bərbad olan əraziləri “yenidən quraydılar”. Bu da baş vermədiyindən, əslində icra başçılarının hansı səviyyədə bu dövlətə və millətə bağlı olduqlarını tam olaraq ortaya qoyur.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Lənkəran şəhərində, İcra hakimiyyəti binasının qarşısındakı 2000 kvadrat metrə yaxın sahəsi olan Heydər Əliyev adına meydana vurulmuş metlaxlar yenə sökülür.

Xatırladaq ki, sözügedən ərazinin əsaslı təmiri Zeynal Nağdəliyev Lənkəranda rəhbər olanda həyata keçirilmişdi. İndi isə aydın olur ki, Lənkəranın yeni icra başçısı Taleh Qaraşov ərazini hazırda Prezident Administrasiyasında şöbə müdiri işləyən Zeynal Nağdəliyevin “qalıqlarından” təmizləyir.

Mənbəmiz bildirir ki, bundan heç bir il ötməmiş Lənkərana icra başçısı təyin olunan Süleyman Mikayılov (hazırda Qaradağ rayonunu talamaqla məşğuldur –red.) həmin metlaxları sökdürüb yeniləri ilə əvəzlətdi. 6 ay öncə Lənkəranda icra başçısı vəzifəsini icra etməyə başlayan Taleh Qaraşov da əvvəlkilərin yolunu davam etdirir – 2000 kvadratmetrə yaxın olan ərazidə metlaxları sökdürüb, yenilərini vurdurub.

Geri qayıt