Əsas Səhifə > Sosial, Manşet > FHN ŞEFİNİN QOHUMLARI OĞURLUQ MAŞIN ALVERİNDƏ
FHN ŞEFİNİN QOHUMLARI OĞURLUQ MAŞIN ALVERİNDƏ30-09-2012, 15:05 |
KƏMALƏDDİN HEYDƏROV AYDIN ƏLİYEVƏ NƏDƏN QƏZƏBLƏNMƏLİ OLUB? DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəzəb hədəfinə çevrildiyi söylənilir. Bunun əlaqədar DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlar tərəfindən informasiya daxil olub. Etibarlı qaynağın iddialarından belə aydın olur ki, bu günlərdə oğurluq maşın qaçaqmalçılığı ilə bağlı məsələ hakimiyyətin üst düzəyinə qədər çatdırılıb. Yəni söhbət baş verənlərdən dövlət başçısının xəbərdar edilməsindən gedir. Bildirilənə görə, bu işdə Kəmaləddin Heydərovun yaxın qohumlarından birinin iştirakı var və həmin şəxsin adının bu işdə hallanmasına rəvac verənlərdən birinin məhz Aydın Əliyev olduğu söylənilir. Mənbəmizin bildirdikləri: «Kəmaləddin Heydərovun digər bir qohumu gömrükdə idxal olunan ikinci əl avtomobillərin sənədləşdirilməsi işinə nəzarət edir. Bildiyimiz kimi, ən gəlirli sahələrdən biri hesab olunan bu sahənin FHN şefinin öz yaxın adamları tərəfindən nəzarət altında saxlanması da təsadüfi deyil». Məlumatlara görə, bir neçə gün əvvəl hüquq-mühafizə orqanları xüsusən Almaniyadan, həmçinin digər Avropa və MDB ölkələrindən oğurluq maşınların Azərbaycan gömrüyü tərəfindən qanunsuz olaraq sənədləşdirilməsi işini müəyyənləşdirib. Bu məsələdə isə Kəmaləddin Heydərovun yaxın qohumlarının iştirakı təsbit olunub və iş hətta Aydın Əliyevdən sorğu alınmasına qədər inkişaf edib: «Bu zaman Aydın Əliyev də öz növbəsində məsələdən FHN şefinin xəbərdar olduğunu etiraf edərək, yaxasını kənara çəkib». Hazırda bu qalmaqallı məsələnin bitmədiyini söyləyən bilgili qaynaq onu da əlavə edib ki, Aydın Əliyevin bu davranışları və xüsusən də problemi «yerindəcə həll etməməsi» Kəmaləddin Heydərov tərəfindən bağışlanmaz bir hərəkət kimi qiymətləndirilib: «Təbii ki, bunun müqabilində FHN şefinin hansı addımları atacağı, ata biləcəyi asanlıqla təxmin oluna bilər». Onu da bildirək ki, ikinci əl avtomobil ixracı olduqca gəlirli bisnesdir. Doğrudur, burada fərdi təşəbbüslər də var. Amma FHN şefinin yaxınları bu bazarda daha çox böyük partiya ilə çalışırlar və həttaonların Batumdakı maşın deposuna sahiblik etdikləri də deyilir. Bu isə o deməkdir ki, onlar həm də Gürcüstanda ikinci əl maşən biznesini kontrol altında saxlayırlar. Bildirək ki, 2012-ci ilin iki ayında Azərbaycana 4600 işlənmiş avtomobil gətirilib. Bu, 2011-ci ilin eyni dövründəkindən 48% çoxdur. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumata görə, idxal edilən minik avtomobillərinin ümumi bəyannamə qiyməti $34,8 mln olub. Yəni bir avtomobil $7577-a bəyan edilib. Bir il öncə işlənmiş minik avtomobillərinin orta bəyannamə qiyməti $8115 olub. Hər halda, bu rəqəmlər də ortadakı qazancın miqyasından xəbər verir. Amma nəzərə alsaq ki, bu rəsmi rəqəmlərdir və daha real olan qeyri-rəsmi rəqəmlər qat-qat artıqdır ki, bu da FHN şefinin qohumlarının qazanclarının hansı miqyasda olması deməkdir. Geri qayıt |