Əsas Səhifə > Siyasət, Manşet > HAKİM DÜŞƏRGƏ MÜHÜM QƏRAR VERƏ BİLƏR
HAKİM DÜŞƏRGƏ MÜHÜM QƏRAR VERƏ BİLƏR30-09-2012, 14:37 |
GÜLƏR ƏHMƏDOVA İLƏ BAĞLI İŞLƏ ƏLAQƏDAR TƏCİLİ TOPLANTI OLACAQ DİA.AZ: - Redaksiyamıza ilginc bir məlumat daxil olub. Hakimiyyət içindəki mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, sabah Prezident Administrasiyasında Gülər Əhmədova ilə bağlı yaranmış qalmaqalla əlaqədar müşavirə xarakterli toplantı çağrılıb. Toplantının PA rəhbərliyinin təşəbbüsü ilə çağrıldığı və dövlət başçısının razılıq verdiyi bildirilir. Mənbəmizin sözlərinə görə, toplantıda hakim düşərgə tərəfindən mühüm qərarlar verilə bilər: «Vəziyyət çox gərgindir və mətbuatın üzünə qapalı olacaq toplantı zamanı ciddi qərarlar verilə bilər. Bu qərarlardan həmçinin hakimiyyətin prezident seçkilərinə hansı şəkildə və kiminlə gedəcəyi də aydın olacaq». Mənbəmiz onu da bildirdi ki, son on ildə ilk dəfədir ki, YAP iqtidarı belə bir toplantıya zərurət görüb. Sonuncu dəfə bu kimi toplantılar 2003-cü ildəki prezident seçkiləri öncəsi yaşanıb. Toplantıya dəvətlilərin arasında kimlərin yer alacağı haqda isə heç nə deyilmir. Geri qayıt |