Əsas Səhifə > Siyasət, Manşet > ŞƏMKİR SAKİNLƏRİ DEPUTATLARINI AXTARIRLAR

ŞƏMKİR SAKİNLƏRİ DEPUTATLARINI AXTARIRLAR


30-09-2012, 11:58
ŞƏMKİR SAKİNLƏRİ DEPUTATLARINI AXTARIRLAR
QARŞIDAN GƏLƏN QIŞ FƏSLİ NƏDƏN ŞƏMKİRLİLƏRDƏ NARAHATLIQ YARADIR?

DİA.AZ: - Şəmkir rayonunda vəziyyət günü gündən gərginləşir. Xüsusən rayonun kəndlərində ciddi problemlər yaşanır. Rayon rəhbərliyi isə durumla bağlı hansısa ölçünün götürülməsində maraqlı kimi görünmür, əksinə mövcud “bespredel”in günü-gündən çiçəklənməsinin Şəmkir rəhbərliyindən qaynaqlanması göz önündədir. Bu barədə DİA.AZ-a daxil olan şikayət məktubunda bildirilir.

Rayonun təhsil, səhiyyə və digər sahələrində özbaşınalığın və qanunsuzluğun olduğunu deyən sakinlər bildirilər ki, baş verənlər əsl faciəni xatırladır. Belə ki, kənd məktəbləri bərbad gündə, səhiyyə ocaqlarında isə rüşvət baş alıb gedir. Həmçinin Şəmkir rayonunda ünvanlı sosial yardımların verilməsində də ciddi nöqsanlar var.

Rayonun Tatarlı, Şiştəpə, Sarıtəpə, Cırdaxan və digər kəndlərinin bir neçə ziyalı və ağsaqqalları tərəfindən redaksiyamıza daxil olan məlumata görə, kəndlərdə yaşayan əhali ən çox qış aylarında ciddi əziyyət çəkir: "Rayona və digər yerlərə getmək istəyənlər arzuolunmaz hallarla qarşılaşır. Çünki kəndin çıxışında olan çay üzərində körpünün olmaması və yolların çox bərbad olması insanların həyatı üçün böyük təhlükə yaradır. Uşaqlar məktəbə rahat gedə bilmir. Hər bir valideyin uşağnın talehindən narahat olur".

Kənd sakinlərinin sözlərinə görə, həmin çayda dəfələrlə insan ölümü qeydə alınıb.

Bundan başqa, kənd sakinləri durumla bağlı rayondan deputat seçilmiş Məlahət İbrahimqızına da müraciət etdiklərini deyirlər. Onların dediyinə görə, deputat heç bir dəfə də olsun kənd sakinlərinin problemləri ilə maraqlanmayıb: “Məlahət İbrahimqızı seçki ərəfəsində gəlib yalandan vədlər verib getdi. O vaxtdan bir dəfə də olsun bu kəndə gəlməyib. Biz dərdimizi ona deyə bilmirik. Millət vəkilimiz bizim üçün əlçatmaz olub. Biz inanırıq ki, bu məsələ mediada işıqlandırıldıqdan sonra bizim problemlərimizlə maraqlanan olacaq”.

Geri qayıt