Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVUN İŞƏ QƏBUL KORRUPSİYASI
MİSİR MƏRDANOVUN İŞƏ QƏBUL KORRUPSİYASI30-09-2012, 11:50 |
ORXAN KƏRİMOV İŞİNİ HƏYƏCANLA İZLƏYƏN NAZİR PUL QAZANMAQDADIR DİA.AZ: - Son zamanlar bir-birinin ardından qazanc yerlərini itirə-itirə gələn təhsil naziri Misir Mərdanov özünün ənənəvi prinsipi hesab etdiyi - nəyin bahasına olursa olsun – prinsipindən çıxış etməkdə davam edir. DİA.AZ-a daxil olan məlumatlardan belə aydın olur ki, Mərdanov indi də yeni dərs ili sezonunda müəllimlərin işə qəbulu prosesindən qazanclı çıxmağa çalışır. Məlumatlı qaynaq iddia edir ki, bu yöndə TN şefi çox ciddi gəlir əldə edib. Həm yaş senzi və həm də Dövlət Qulluğu haqqında qanuna edilən dəyişikliklər Mərdanov üçün yeni gəlir imkanları yaradıb. Redaksiyamıza daxil olan məlumata görə, nazirliyin kadrlar şöbəsinin müdiri Fərzəli Qədirov və bu işdə onunla ortaq olan Zöhrab Kəlbəliyevlə birgə saxtakarlıqla məşğuldurlar. Onlar vakant yerlərə keçirilən imtahanlarda saxta obyektivlik görüntüsü yaratsalar da, istədikləri şəxsləri məktəblərə yerləşdirə bilirlər. Bu işdə onlar işə girmək istəyən hər bitr şəxsin arzusunun böyüklüyünü nəzərə alan həcmdə rüşvət tələb edirlər. Mənbə bildirir ki, Fərzəli Qədirov haqqında artıq Misir Mərdanova dəfələrlə şikayət edilib. Ancaq nazir hələ də şöbə müdirinə qarşı tədbir görmək istəmir. Çünki Fərzəli Qədirovun özü elə Misir Mərdanov üçün çalışır. Mənbəmizin söylədikləri: “Hər halda bu məsələni “sənə yar, səndən yar, şikayətim var məsəlilə ifadə etmək olar. Çünki elə nazirliyin şöbə müdiri məhz nazirin göstərişi ilə hərəkət edir. Hətta bu gün nazirlikdə əsas aparıcı fiqur kimi diqqətə gələn Qulu Novruzov belə bütün baş verənlərdən məlumatsız tutulur”. Onu da bildirək ki, Misir Mərdanov son günlər onsuz da yetərincə gərgin anlar yaşayıb. Belə ki, onun keçən il “rasxoda” verdiyi TN-nin sabiq əməkdaşı Orxan Kərimova qarşı qaldırdığı saxta şahidin ifadələri ilə bağlı məhkəmədə yaranmış problemin ardından ciddi narahatçılıq keçirdiyi aydın olub. Bu barədə danışan bir başqa mənbə iddia edir ki, Misir Mərdanov yaxşı bilir ki, əgər vəziyyət bu şəkildə davam edərsə, o zaman Orxan Kərimovun yerinə ya onun özü, ya da yaxın adamlarından biri otura bilər. Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |