Əsas Səhifə > Cəmiyyət > QƏRAR DƏYİŞMƏDİ

QƏRAR DƏYİŞMƏDİ


2-11-2011, 16:09
QƏRAR DƏYİŞMƏDİ

VİDADİ İSGƏNDƏRLİ HAQDA ÇIXARILAN HÖKM QÜVVƏDƏ SAXLANDI

Şəki Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərli haqqında çıxarılan hökmü qüvvədə saxlayıb.

“Media forum” saytı xəbər verir ki, noyabrın 2-də hakimi Qədir Babayev öz qərarını elan edən vaxt zaldakılar etiraz əlaməti olaraq məhkəmə salonunu tərk ediblər.

Qərar elan olunmazdan az əvvəl dövlət ittihamçısı Vidadi Cabbarov hakimdən Vidadi İsgəndərli haqqında çıxarılan hökmün qüvvədə saxlanmasını, hüquq müdafiəçisinin özü və vəkili Yalçın İmanov isə bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

Avqustun 27-də Göyçay Rayon Məhkəməsi Vidadi İsgəndərlini üç ittiham üzrə təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ittihamlar bunlardır: seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə; döymə.

Vidadi İsgəndərli 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizəd olub. O, İctimai Palatanın 2011-ci il aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunaraq 15 sutka azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin maddələri üzrə ittihamlar ona inzibati həbs cəzası başa çatandan sonra irəli sürülüb.


Geri qayıt