Əsas Səhifə > Siyasət, Manşet > GÜLƏR ƏHMƏDOVA İŞİ İLƏ BAĞLI HƏBSLƏR BAŞLADI
GÜLƏR ƏHMƏDOVA İŞİ İLƏ BAĞLI HƏBSLƏR BAŞLADI29-09-2012, 13:52 |
SEVİNC BABAYEVANIN BARƏSİNDƏ 3 AYLIQ HƏBS QƏRARI ÇIXARILIB DİA.AZ: - Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın birgə videosunda yer almış M. Ə. Sabir adına kitabxananın direktoru Sevinc Babayevanın yerinə məsul şəxs təyin edilib. Bu barədə açıqlama verən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev deyib ki, ötən gün Sevinc Babayevanın evinə nümayəndələr göndərilib, lakin o evdə olmayıb: “Sevinc Babayevanın yaşadığı binanın mühafizəçiləri nümayəndələrimizə bildiriblər ki, o, üç gündür evə gəlmir, harada olduğunu da heç kim bilmir. Hər halda biz onun ortaya çıxacağı müddətə kimi müqaviləni qüvvədə saxlayacağıq. Sonra isə müqaviləyə xitam veriləcək. Onun yerinə isə artıq məsul şəxs təyin edilib. Kitabxana başsız qala bilməz”. DİA.AZ-a bununla bağlı daxil olan məlumatda isə bildirilir ki, Sevinc Babayeva həbs olunub. Mənbəmizin sözlərinə görə, Gülər Əhmədovanın işi ilə əlaqədar ifadə verən Babayeva barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib. Geri qayıt |