Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANDA MÜƏLLİMDƏN TƏLƏBƏYƏ ƏXLAQSIZ TƏKLİF

AZƏRBAYCANDA MÜƏLLİMDƏN TƏLƏBƏYƏ ƏXLAQSIZ TƏKLİF


29-09-2012, 11:28
AZƏRBAYCANDA MÜƏLLİMDƏN TƏLƏBƏYƏ ƏXLAQSIZ TƏKLİF
BU ÖLKƏ HARA GEDİR?

Azərbaycan Müəllimlər Universitetində şok hadisə baş verib.

Bu barədə “Qafqazinfo”ya həmin universitetdə təhsil alan tələbələr məlumat verib. Məlumatda bildirilir ki, bir neçə gündür bütün univürsiteti narahat edən məsələ müəllimin evli bir tələbə xanıma əxlaqsız münasibət təklif etməsidir.

Məsələ isə həmin xanım bu barədə atasına danışandan sonra daha da dərinləşib. Belə ki, xəbəri eşidən ata universitetə gələrək həmin müəllimi tapıb. Tələbələrin gözü qarşısında baş verən mübahisədə ata və müəllim bir-birlərinə qarşı hər söyüş belə səsləndiriblər.

Tələbələr həmçinin bildirilər ki, müəllim evli olan tələbəyə eşq elan etdiyini hamının yanında etiraf edib və sevgisini gizlətmədiyini açıqlayıb.

Hazırda bu məsələ ilə bağlı Müəllimlər Universitetində Elmi Şuranın çağırıldığı və rektor Aqiyə Naxçıvanlının birbaşa məsələdən xəbərdar olduğu da deyilir.

Sözügedən xanımla təhsil alan tələbə yoldaşları həmin müəllimin onlara dərs deməsinə mane olsalar da, onu universitetdən qovmaq istədiklərini və bu barədə rektor Aqiyə xanıma da məlumat verdiklərini qeyd ediblər.

Qeyd edək ki, sözügedən müəllimin 45 yaşı var və AMEA ədəbiyyat İnstitunun elmi katibidir. Biz müəllimin adını bilsək də, bura qeyd etməyi lüzum bilmədik. Amma mövzunu davam etdirəcəyik.

Geri qayıt