Əsas Səhifə > Siyasət, Manşet > GƏDƏBƏY SAKİNLƏRİ BAŞÇIYA QARŞI OD PÜSKÜRDÜ

GƏDƏBƏY SAKİNLƏRİ BAŞÇIYA QARŞI OD PÜSKÜRDÜ


29-09-2012, 11:03
GƏDƏBƏY SAKİNLƏRİ BAŞÇIYA QARŞI OD PÜSKÜRDÜ
SAKİNLƏR: “RAMİZ YEDİYAROV GƏDƏBƏYDƏ DƏRƏBƏYLİK MÜHİTİ YARADIB”

DİA.AZ: - Yəqin hər kəsə məlumdur ki, Azərbaycanda məmurların yeritdiyi siyasətin nəticəsi olaraq artıq bölgələrdə insanların acınacaqlı vəziyyəti pik həddə çatıb. DİA.AZ bildirir ki, “AzeriNews.org”a bir qrup Gədəbəy rayon sakinləri güzəranlarından və gündəlik qarşılaşdıqları problemlərindən danışıb. Lakin rayon sakinləri “zalım padşah” Ramiz Yediyarovdan qorxduqları üçün adlarının açıqlanmaması səbəbini bununla izah edirlər:

“Gədəbəyin əsas problemləri icra başçısı Ramiz Yediyarovun həyata keçirdiyi yarıtmaz siyasətin nəticələri ilə bağlıdır. Burada da əhali yerli məmurların özbaşınalıqlarından, xırda çinovniklərin qeri-qanuni hərəkətlərindən, işsizlikdən, sosial ədalətsizlikdən, və hal hazırkı icra başçısının yaratdığı rejimə xas digər problemlərdən əziyyət çəkirlər. Rayonda dövlət idarələrindəki bürokratiya, vətəndaşlara qarşı süründürməçilik hallarının olmasını da əlavə etsək rayondakı mövcud durum həddən artıq pis alıb. Xüsusilə yeni icra başçısı Ramiz Yediyarov onun barəsində mənfi rəy formalaşdıran rayon sakinlərinə demək olar ki, qan uddurur”.

Sakinlərinin bildirdiklərinə görə, Gədəbəy nədən bol olmasa da, məmur özbaşnalığından heç vaxt korluq çəkməyib: “Saxtakarlıq və fırıldaqçılığın meydan suladığı bu rayonda ürək bulandıran hər çür çırkab əməllərə rast gəlmək olur. Xüsusən də, vəzifə və iş başında olan pula həris məmurların rüşvət və korrupsiyaya bulaşması Gədəbəyin sosial vəziyyəti günbəgün ağıtlaşdırıb.

Rayonda hara gedirsən, ancaq giley–güzar və narazılıq eşidirsən. Kimi dindirirsən, qanunların işləmədiyindən, aclıqdan, yoxsulluqdan, hər şeyin ancaq pul üzərində qurulduğundan danışılır. İşsizlik və səfalət rayonu öz ağuşuna alıb, insan hüquq və azadlıqları Gədəbəydə demək olar, yoxdur. Yeni icra başçısı təyin olunmağına baxmayaraq Ramiz Yediyarovun rayonun altından girib üstündən çıxan məmurları nə istəyir, onu da edirlər. Bunun başında isə Ramiz Yediyarov öncül yerlərdən birini tutur”.

Rayon sakinləri daha sonra qeyd edirlər ki, Ramiz Yediyarov heç bir qanun tanımır. Başlıca məqsədi rayonda soyğunçuluqla varlanmaqdır: “Rayonda özbaşınalıqlardan cana doyan fermerlər və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar Gədəbəyi tərk etmək məcburiyyətində qalıblar. Yalnız rayonda cəmi bir neçə nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, onlar da rayon rəhbərliyənə yaxın olan şəxslərdir. Bunun səbəbləri isə yenə də icra başçısının rayonda qurduğu rejimlə bağlıdır”.

Qeyd edək ki, yaxın günlərdə Gədəbəydə və rayonun bir neçə kəndində yaşanan problemlərlə bağlı geniş reportaj təqdim edəcəyik.

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt