Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVA ÖZÜ İLƏ KİMLƏRİ APARACAQ?

GÜLƏR ƏHMƏDOVA ÖZÜ İLƏ KİMLƏRİ APARACAQ?


29-09-2012, 10:28
GÜLƏR ƏHMƏDOVA ÖZÜ İLƏ KİMLƏRİ APARACAQ?
RAMİZ MEHDİYEVİN BİTDİYİ NÖQTƏ NƏLƏRİN BAŞLANĞICI OLA BİLƏR?

DİA.AZ: - Bəli, hakimiyyət içindən silkələnir. Əslində bu silkələnmə iqtidarın öz daxilində yeni təmizləmə siyasətip həyata keçirə bilməsi üçün növbəti istinad nöqtəsi rolunu oynayacaq. Ümumiyyətlə, bu vaxta qədər YAP iqtidarının nümayiş etdirdiyi dəst-xəttdən də aydın olanı budur.

Doğrudur, bu gün bəziləri «bu biabırçılıqdan sonra hakimiyyət getməlidir», «bu hadisə hakimiyyəti bitirəcək» şəklində ehtimallar, fərziyyələr, arzularını irəli sürürlər. Və fikirlərini belə əsaslandırırlar ki, baş verən hadisənin şiddəti hakimiyyətin sütunlarını laxladıb. Amma kimsə iddia edə bilməz ki, 2005-ci ilin 17 oktyabr tarixində baş verən olaylar şiddət baxımından hazırki hadisələrdən geridə idi. Əksinə, bir neçə nazirin, onlarla iş adamı və məmurun həbsi ilə müşahidə olunan həmin hadisələr daha səs-küylü idi. Hətta nazirlərin qolları kabinetlərində qandallanırdı. Amma nə müxalifət bundan istifadə edə bildi, nə də hakimiyyət bu proseslərin əleyhinə çevrilməsinə şərait yaratdı. Əksinə, seçkilərə az müddətin qaldığı bir dönəmdə baş verən bu olayların fonunda hakim düşərgə bütün proseslərdən uğurla çıxmağa müvəffəq oldu. Çünki…

Çünki o zaman da və indinin özündə də baş verənlər məhz iqtidar başbilənlərinin cızdığı müstəvidə, onların ssenarisinə uyğun qaydada cərəyan etməkdədir. Ssenaridən kənar heç nə yoxdur və hər şey tam yazılana uyğun şəkild həyata keçir. Hətta xəstələnmələr, həyacanlanmaların özü belə qabaqcadan düşünülüb.

Nə baş verir? Artıq baş verənlərin üzdə olan görüntülərindən hər kəs xəbərdardır. Əvvəlcə müdafiə olunmağa çalışan Gülər Əhmədova indi artıq geriyə - məhbəsə doğru geri çəkilməyə başlayıb. Artıq «bu montajdır», «bu kollajdır» kimi absurd izahatlar, bəhanələr də səslənmir. Gülər Əhmədova cinahından, sadəcə olaraq, yayılan xəbər bundan ibarətdir: «Gülər Əhmədova insult keçirdi - Gülər Əhmədova ikinci dəfə insult keçirdi….. Gülər Əhmədova üçüncü, dördüncü, beşinci dəfə də insult keçirə bilər… amma sözdə!

Bəri başdan bildirək ki, bu xəbərlər daha çox Gülər Əhmədovaya yaxın hesab olunan Ramiz Mehdiyevin mətbuatı tərəfindən dövriyyəyə buraxılırdı. Səbəbi aydın idi. Çünki insult keçirən birisinin istintaqa cəlb olunması da imkansız olur. Bununla da Gülər xanımı istintaqdan yayındırıb, əlavə vaxt qazanmaq istəyirdilər.

Amma rəqib cinah buna imkan vermədi. Və dərhal, aradan bir neçə saat keçəçndən sonra «millət vəkili Gülər Əhmədovaya insult diaqnozu qoyulmayıb» başlıqlı informasiyalar əks qütbə aid rəsmi mətbuatda yayılmağa başladı. Xəbərdə qeyd olunurdu ki, Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.

Onun sözlərinə görə, dünən Gülər Əhmədovanın səhhəti ilə bağlı stansiyaya iki dəfə çağırış edilib, həkimlər çağırışa gedib. Üçüncü dəfə isə dünən saat 17.17-də stansiya tərəfindən G. Əhmədovanın evinə həkim göndərilib: “Birinci çağırışda Gülər Əhmədovaya beyin-qan dövranının keçib gedən pozulması, sonuncu dəfə isə ona gərginlik fonunda gedən nevrotik reaksiya diaqnozu qoyulub. Gülər Əhmədovanın yanından gələn həkim onda heç bir insult əlamətinin olmadığını qeyd edib”.

Yəni Gülər xanım tam anlaqlı vəziyyətdədir və istədiyi kimi istintaqa cəlb oluna bilər. Əslində bunun belə olduğu əvvəlindən də bəlli idi. Və Gülər xanım sonradan Milli Məclisə yolladığı istefa müraciəti ilə də bunu təsdiqlədi ki, hətta istefa qərarını verə biləcək səviyyədə anlaqlıdır. Yəni proses başlaya bilər…

Nə baş verəcək? Təbii ki, burada Gülər Əhmədovanın həbsi belə istisna olunmur. Çünki bu həbsin fonunda bir çoxlarının əl-qolu bağlanmalıdır. Söhbət burada dünənə qədər Azərbaycanın siyasi-ictimai-iqtisadi sferasında sözün bütün mənalarında əsas güc kimi çıxış edən və hətta ölkə prezidentinin birinciliyini belə zaman-zaman təhdid edən Rusiya yanlısı Ramiz Mehdiyevin komandasının durdurulmasından gedir.

Artıq bu komanda geri çəkilməkdədir. Bu dəfəki məğlubiyyət onlara aiddir. Və DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, səhhətində ciddi problemləri olan Ramiz Mehdiyevin özü belə könüllü surətdə istefa verə bilər. Çünki vəziyyət bunu diqtə edir. Dünənə qədər məhz onun maraqlarına uyğun surətdə cərəyan edən olaylar bu gün məhz onun yola salınması üçün baş verməkdədir. Yəni bu dəst-xətt əslində Mehdiyev cənablarına tanış olmalıdır. Çünki zamanında buk imi priyomlardan rəqiblərinə qarşı gen-bol surətdə istifadə edib.

Redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, bundan sonra cərəyani edəcək olaylar fonunda çox ciddi həbs qərarları verilə bilər: «Proseslərin uzantısı mümkündür. Bu addım dərhal atılmaya bilər. Amma məsələlərin bir çoxlşarını heyrətləndirəcək addımlarla yekunlaşacağı şəkksizdir».

Mövzu diqqətimizdədir….


Geri qayıt