Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOV SAXTA DİPLOM “OVUNDA”

MİSİR MƏRDANOV SAXTA DİPLOM “OVUNDA”


2-11-2011, 15:20
MİSİR MƏRDANOV SAXTA DİPLOM “OVUNDA”

"BİZ 15 İL İŞLƏYƏN MÜƏLLİMLƏRİN HAMISINI ÇÖLƏ TÖKƏ BİLMƏRİK”

Azərbaycanın orta məktəblərində lisenziyasız ali məktəblərin diplomu əsasında işləyən müəllimlərin əmək fəaliyyətinin davam etdirilməsi ilə bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Mərdanovun sözlərinə görə, hazırda nazirlik tərəfindən orta məktəblərdə saxta diplomla işləyən müəllimlərin aşkar olunması üçün araşdırmalar davam etdirilir.

"Biz 15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik. Onlarla bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək", - nazir əlavə edib.

Mərdanov saxta diplomla işləyən müəllimlərlə bağlı mətbuatda yanlış informasiyaların getdiyini də deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı ali məktəbin verdiyi saxta diplomdan söhbət getmir.

"Söhbət ondan gedir ki, müəyyən işbaz adamlar kabinetdə oturub diplom çap edib, müəyyən adamlara satıblar. Biz bu istiqamətdə çox ciddi addımlar atırıq və atacağıq", - təhsil naziri qeyd edib.


Geri qayıt