Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOVA TAPŞIRILAN İŞ BELƏ OLAR

CAVİD QURBANOVA TAPŞIRILAN İŞ BELƏ OLAR


28-09-2012, 15:25
CAVİD QURBANOVA TAPŞIRILAN İŞ BELƏ OLAR

PİRŞAĞI SAKİNLƏRİ ASC PREZİDENTİNDƏN DAD DEYİR

DİA.AZ: - Məlum olduğu kimi, Bakı ətrafında yerləşən kənd və qəsəbələr istiqamətində yeni yolların çəkilməsi işi həyata keçirilməkdədir ki, bu günlər rəsmi mətbuat həmin yolla bağlı geniş təbliğat kampaniyası apardı. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Cavid Qurbanovun rəhbərlik etdiyi В«AzəravtoyolservisВ» ASC tərəfindən həyata keçirilən bu inşaat işləri zamanı yerli sakinlərin hüquqları kobudcasına pozulmaqdadır.

Bu barədə redaksiyamıza ünvanlanan şikayət məktubunda bildirilir ki, konkret olaraq Pirşağı kəndi ərazisində В«dövlət ehtiyacıВ» adı altında vətəndaşların mülkiyyət hüquqları vəhşicəsinə pozulur. Narazı Pirşağı sakinləri yazır: В«Başda Cavid Qurbanov olmaqla, yerli bələdiyyə orqanları bizim haqqımızı tapdalayırlar. Belə ki, zəbt etdikləri qanuni torpaq sahələrimizin müqabilində kompensasiya ödəmirlərВ».

Sakinlər bildirir ki, sənədləşmədə plana düşən torpağın sotu 1500 manatdan göstərilsə də, heç əhaliyə 1000 manatdan da pul verilmir: В«Bu vaxta qədər cəmi 7 torpaq sahibinə pul verilib. O da tanışlıqla. Kimin ki, bələdiyyədə adamı var, onlar pul ala biliblər. Digərlərinə isə qara qəpik də verilmir və şikayət etdikdə deyirlər ki, hara istəyirsiniz, narazılığınızı bildirin. Deyirlər ki, Cavid Qurbanov bui şin arxasındadır və kimsə ona söz deyə bilməz. Çünki dövlət В«AzəravtoyolservisВ»ə pul vermədiyindən, Cavid Qurbanov da kimsəyə öz cibindən pul vermək fikrində deyilВ».

Narazı sakinlər bildirir ki, torpaqlarına görə kompensasiya alanlara 1000 dollardan pul verilib: В«Halbuki sənəddə aşkar surətdə hər sota görə, 1500 manat göstərilibВ».

Apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, həqiqətən də Pirşağıda yol çəkilişi işini sən demə, Cavid Qurbanov öz hesabına həll edirmiş və bu səbəbdən ASC prezidenti müxtəlif bəhanələrlə əhaliyə pul verməkdən boyun qaçırır.

Geri qayıt