Əsas Səhifə > Partiya > “PARLAMENT BURAXILMALIDIR"

“PARLAMENT BURAXILMALIDIR"


28-09-2012, 13:31
“PARLAMENT BURAXILMALIDIR"

“BAŞ VERƏN BU HADİSƏ ƏSL BİABIRÇILIQDI"

"Gülər Əhmədovanın Elşad Abdullayevlə bağlı rüşvət olayı bir daha bizi haqlı çıxardı. Biz əvvəldən demişdik ki, parlament təyinatla olur. Bu video isə təsdiqlədi ki, təyinatlar həm də böyük məbləğli pulla reallaşdırılırmış". Bu fikri AİDP sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Onun fikrincə, hakimiyyətin əsas, qanunverici qolu ilə bağlı baş verən bu hadisə əsl biabırçılıqdı və hakimiyyət bu olaydan yaxa qurtarmaq üçün əməlli addımlar atmalıdır:

"Hesab edirəm ki, bu hadisə ilə bağlı dərhal cinayət işi açılmalı idi. İlkin davranışlar onu göstəriri ki, millət vəkilini xilas etməyə çalışırlar. Amma bu düzgün yol olmayacaq. Ola bilsin ki, sonda Gülər Əhmədova qurban verilsin. Amma bu durumu dəyişməyəcək. Mənə elə gəlir ki, "mən prezidentin baxdığı siyahını dəyişdirmişəm" sözlərinin altından çıxmaq üçün parlament buraxılmalıdır".

Geri qayıt