Əsas Səhifə > Cəmiyyət > QƏDİR RÜSTƏMOV KOMAYA DÜŞDÜ

QƏDİR RÜSTƏMOV KOMAYA DÜŞDÜ


2-11-2011, 15:07
QƏDİR RÜSTƏMOV KOMAYA DÜŞDÜ

TANINMIŞ SƏNƏTÇİNİN ÖLÜM XƏBƏRİ DƏ YAYILDI

Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Qədir Rüstəmovun səhhəti kəskin pisləşib.

Xalq artisti Arif Babayev APA-ya bildirib ki, Q. Rüstəmov ağır vəziyyətdə İstanbuldakı xəstəxanalardan birinə yerləşdirilib, komadadır. Həkimlər onun səhhətində yaranmış problemin aradan qaldırılmağa çalışırlar.

Qeyd edək ki, Q. Rüstəmovun bir neçə il əvvəl bir böyrəyi əməliyyat olunaraq çıxarılıb. Xalq artistinin vəziyyətinin pisləşməsinə yeganə böyrəyində də problemlərin yaranmasının səbəb olduğu bildirilir. Xalq artisti bir neçə gün əvvəl ağır vəziyyətdə İstanbula aparılıb.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.

Geri qayıt