Əsas Səhifə > Ölkə, Manşet > OQTAY ŞİRƏLİYEVİN OBYEKTİNDƏ RƏZALƏT

OQTAY ŞİRƏLİYEVİN OBYEKTİNDƏ RƏZALƏT


28-09-2012, 12:54
OQTAY ŞİRƏLİYEVİN OBYEKTİNDƏ RƏZALƏT

UŞAQ HƏKİMLƏRİNİN BİABIRÇILIĞI

DİA.AZ: - Redaksiyamıza Səbayel rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən 15 saylı uşaq poliklinikasından şikayət məktubu daxil olub. Şikayət müəllifi olan qəsəbə sakini Mahir Səfərəliyev bildirir ki, bir neçə gün əvvəl sözügedən tibb ocağına körpə uşağını müayinə məqsədilə aparıbmış.

DİA.AZ-a daxil olan məktubda deyilir: «Aparmağıma da peşman oldum. Çünki poliklinkanın adında «uşaq» sözü olsa da, burada ancaq böyüklərə, yaşlı insanlara xidmət göstərildiyini gördüm. Poliklinkanın laboratoriyası isə ümumiyyətlə, ora müraciət edən azyaşlı uşaqların analizlərini qəbul etmir. Və ötür-ötür etməklə məşğuldur. İki gün ərzində mən həmin laboratoriyanın xidmətindən istifadə edə bilmədim. Çünki oranın həkiminin başı böyük adamlara qarışmışdı və pula, açıq-aşkar analizlər götürürdü».

Şikayətçi bildirir ki, məcbur qalıb körpə uşağını başqa bir poliklinakada müayinə etdirməli olub: «Hər halda, bu rəzalətə görə, səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla, aidiyyatı qurumlar cavab verməlidirlər. Çünki bütün ölkə rüşvətə qarşı mübarizə aparır. Amma bu adamlar əməlli-başlı bazar açıblar».

Geri qayıt