Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: RAMİZ MEHDİYEV İSTEFAYA GÖNDƏRİLİR
ŞOK: RAMİZ MEHDİYEV İSTEFAYA GÖNDƏRİLİR28-09-2012, 11:30 |
MƏŞHUR VİDEOQALMAQAL PA ŞEFİ İLƏ YANAŞI, DEPUTATI DA BİTİRİR DİA.AZ: - Məlum olduğu kimi, dünən gecə məşhur videoqalmaqalın hədəfinə çevrilən deputat Gülər Əhmədovanın halı pisləşib və onun insult keçirdiyi bildirilir. Bu barədə deputatın qardaşı da açıqlama verərək, yayılan xəbərləri təsdiqləyib. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, son günlər lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videomaterial hakimiyyətiçi münasibətlərdəki ənənəvi balansı darmadağın edib. Mənbəmiz iddia edir ki, bu məsələdə Ramiz Mehdiyevə rəqibd cinahın iştirak payı yetərincədir və ortalıqdakı faktlar Prezident Administrasiyasının rəhbərinin özünün hədəfə çevrilməsilə nəticələnib. Mənbəmizin söylədikləri: «Vəziyyət o həddə qədər inkişaf edib ki, hətta Ramiz Mehdiyevin istefaya göndərilməsi də gündəmə gəlib. Təbii ki, belə bir şəraitdə Gülər Əhmədovanın durumunu təsəvvür etmək o qədər də çətin deyil». Mənbəmizin iddialarına görə, dünən Gülər Əhmədova ilə Mehdiyevin adamları danışıb və bu danışıqlardan sonra xanım deputatın vəziyyəti pisləşib: «Hətta Gülər Əhmədova həbs də oluna bilər. Çünki məsələ əgər Ramiz Mehdiyevin istefaya göndərilməsi həddinə qədər yüksəlirsə, deməli, tamam fərqli atmosfer var və hər şey heç də göründüyü kimi sadə deyil». Bütün bu baş verənlərin birbaşa olaraq prezidentin korrupsiyaya qarşı apardığı mübarizə siyasətini də təhlükə altına atdığını bildirən mənbəmiz onu da vurğuladı ki, məsələnin ədalətlə çözülməsində məhz prezidentin maraqlı olması, hakimiyyətin bu məsələdə vahid mövqe ortaya qoya bilməsini də əngəlləyir: «Ramiz Mehdiyevin adamları pəjmürdə və çaşqınlıq içindədir. Onlar əllərindəki mətbu gücdən istifadə edərək, situasiyanı dəyişməyə çalışırlar. Amma bu, onlarda yetərincə alınmır. Çünki gələn faktlar tamam əksini diqtə etdiyindən süni şəkildə yaradılmış istənilən bir saxta atmosfer anındaca darmadağın olur». Geri qayıt |