Əsas Səhifə > Siyasət, Manşet > “AZENERJİ” ŞEFİNİN RƏQİBLƏRİ FƏALLAŞIB

“AZENERJİ” ŞEFİNİN RƏQİBLƏRİ FƏALLAŞIB


28-09-2012, 10:28
“AZENERJİ” ŞEFİNİN RƏQİBLƏRİ FƏALLAŞIB

MƏQSƏDLİ OLARAQ PRİVERDİYEVİ HƏDƏFƏ ÇEVİRƏN ŞAİYƏLƏR YAYAILIR

DİA.AZ: - Məlum olduğu kimi, sentyabrın 28-də səhər tezdən Azərbaycanın müxtəlif rayonları Mingəçevir SES-dən gələn elektrik ötürücü xətdə qəza səbəbindən işıqsız qalıb.

Magistral elektrik xətti ildırım vurması səbəbindən sıradan çıxıb. Bu isə öz növbəsində SES bloklarında avtomatik bağlanmaya səbəb olub.

Hazırda qəzanın aradan qaldırılması üzrə iş gedir və energetiklər günorta üçün elektrik enerjisinin verilməsinin bərpa olunacağını bildirir.

Bakıda metro, svetoforlar işləmir, yollarda tıxac yaranıb. Evlərə elektrik verilməsində də fasilə olub, amma normal elektrik təchizatı bərpa olunur – elektrik ötürücü xətlər alternativ mənbələrə, məsələn, “Şimal” DRES-ə qoşulur.

Amma qəza ölkənin elektrik şəbəkəsinin normal işləmədiyini göstərib. Belə qəzalar əvvəllər də olub, amma, görünür, nəticə çıxarılmayıb.

Və bu fakt da yetərli olub ki, yenidən ittiham dolu baxışlar “Azenerji”nin prezidenti Etibar Priverdiyevə yönəlsin.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, çoxdandır yürsət gözləyən rəqibləri yaranmış situasiyadan istifadə edərək yenidən Etibar Pirverdiyevi hədəfə çevirmək istəyirlər. Elə redaksiyamızın elektron ünvanına da «Etibar Pirverdiyev günahkardır», «Etibar Pirverdiyev bu cür situasiyaları nəzərə alıb, ən azından paytaxtın alternativ enerji qidalanmasını təmin edə bilərdi» kimi ittihamların yer aldığı anonim məlumatlar ötürülməkdədir.

Amma etibarlı qaynaqların bildirdiyinə görə, bu məsələdə Etibar Pirverdiyevin suçlu tutulması, hədəfə çevrilməsi imkansızdır. Çünki təbii fəlakət baş verib və bu səbəbdən də «Azenerji»ni qınamaq olmaz. Amma yalnız bir məsələ var ki, həqiqətən də mühüm dövlət obyektlərinin, həmçinin metropolitenin, dəmiryolu nəqliyyatının alternativ enerji qaynaqları ilə təmin edilməsi işi əvvəlcədən həyata keçirilə bilərdi ki, bu da yalnız Etibar Pirverdiyevin qayğısı deyil, bunun üçün dövlət proqrammı işlənib, hazırlanmalıdır.

Geri qayıt