Əsas Səhifə > Ölkə > DEPUTATA DEPUTAT QAHMAR ÇIXAR
DEPUTATA DEPUTAT QAHMAR ÇIXAR2-11-2011, 13:06 |
“HÜSEYNBALA MİRƏLƏMOV ƏDƏBİYYATDA YERİ GÖRÜNƏN YAZIÇIDIR” Son zamanlar orta məktəb dərsliklərinə yeni yazıçıların, şairlərin adlarının salınması ədəbiyyat adamları tərəfindən birmənalı qarşılanmır. Məsələn, gənc yazıçı Qan Turalı hesab edir ki, yazıçı-deputat Hüseybala Mirələmov ədəbiyyat dərsliyində yer almamalıdır. O, bu məsələyə görə deputat Nizami Cəfərovu təqsirkar bilir. Gənc yazar onunla həmfikir olanların çox olduğunu da qeyd edir. "Mən Nizami Cəfərovu Yeni Azərbaycan Partiyasının üzvü olduğuna görə ittiham etmirəm. Bu, Konstitusiyanın ona verdiyi müstəsna hüqudur. Mən Nizami Cəfərovu ona görə ittiham edirəm ki, niyə ədəbiyyat dərsliklərini bu cür zəif yazır? Niyə Azərbaycan dərsliklərində Dostoyevski, Tolstoy, Çexov, Balzak, Stendal, Drayzer, Cek London yoxdur? Hüseynbala Mirələmovu dərsliyə salmağın mahiyyəti nədir, Nizami Cəfərov buny mənə başa salsın...". Orta məktəb kitablarının müəlliflərindən olan pofessor Nizami Cəfərov isə deyir ki, dərsliyə daxil edilən yazıçıların istedad səviyyəsi, əsərlərinin dəyəri nəzərə alınır: “Bəzən klassik yazıçıların hansısa biri dərsliyə daxil edilir, digər isə daxil edilmir. Onlar eyni yaradıclıq tipinə aiddirlərsə, xüsusi şəkildə onlardan ancaq biri fərqləndirilir və müqayisələr aparılır. Bu gün ədəbiyatımızda elə yazıçılar ola bilər ki, həqiqətən çox görkəmli yazıçıdır, amma ədəbiyyat dərsliyinə daxil edilməyib və ya epizodik şəkildə daxil edilib. Bu, xüsusilə orta məktəb dərslikləri üçün səciyyəvi məslədir”. Hüseynbala Mirələmovun niyə dərsliyə daxil edilməsilə bağlı səslənən irada N.Cəfərov belə cavab verib: “Mən Hüseynbala Mirələmovu bu gün Azərbaycan ədəbiyyatında, xüsusilə Azərbaycan insanının məişəti ilə bağlı, hissləri ilə bağlı məqamlarda müasir problemlər qaldıran yazıçı hesab edirəm. Eyni zamanda, Qarabağ problemi ilə bağlı, bu günün insan psixologiyası, ailə münasibətləri, təbiət, ekologiya məsələlərinə münasibəti baxımından Hüseynbala Mirələmov ədəbiyyatda yeri görünən yazıçıdır. Ona görə də dərsliyə daxil edilib”. N.Cəfərovun sözlərinə görə, yazıçı-deputat Hüseynbala Mirələmovun yaradıcılığı daha çox XXI əsrə aid olduğu üçün onu ədəbiyyat dərsliyinə daxil etməmək mümkün deyil. H.Mirələmovun “Gəlinlik paltarı” adlı əsərinin müasir Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərindən biri olduğunu deyən N.Cəfərov hesab edir ki, toxunduğu mövzu ilə bağlı bu əsər digər yazarların əsərləri ilə müqayisə edilsə, mütləq bu əsər seçilməlidir: “Həmin əsərdə insan tarixi, bu günki gəncliyin problemləri, düşüncələri, mənəviyyat məsələləri əks olunub. Eyni zamanda, Hüseynbala Mirələmov Qarabağla bağlı pyeslər, ümummilli liderimiz haqqında gözəl əsərlər yazıb və bu əsərlər dünyanın 10-a qədər dilinə tərcümə olunub. Bu mənada Hüseynbala Mirələmovun üstünlükləri çoxdur. Kiminsə ona etiraz etməsi şəxsən mənim üçün çox məsuliyyətsiz hərəkət kimi gəlir. Hüseynbala Mirələmov kifayət qədər böyük düşüncə adamıdır. Bunların hamısı imkan verir ki, biz Hüseynbala Mirələmovu dərsliyə salaq. Mənə elə gəlir ki, biz düz hərəkət etmişik”. Nizami Cəfərov eyni zamanda bu günki ədəbiyyat dərsliklərinin zəif yazılması fikrinə münasibət bildirib: “Bunu kim deyir? Belə fikirlə razı deyiləm. Mən əksini düşünürəm. Ədəbiyyat dərsliklərini biz yenidən yazdıq, təkmilləşdirdik, orada çox sayda zəngin ideyalar var. Dərsliyi zəif adlandırmaq onu başa düşmək səviyyəsi ilə bağlı məsələdir”. N.Cəfərov deyib ki, yeni dərsliklər mümkün qədər rəqəmlərdən təmizlənib, sosial xüsusiyyətlərlə yanaşı, janr, poetika xüsusiyyətləri də daxil olmaqla çox ciddi təhlillər dərsliklərdə əks olunub: “Bu dərsliklərin bir xüsusiyyəti var, zəif şagird üçün də, dərinə gedə biləcək şagird üçün də anlaşıqlıdır. Eyni zamanda, biz bu dərslikləri dünya ədəbiyyatı dərsliklərinin yazılması təcrübəsi əsasında yazmışıq. Həş şey moddellədir, konstriksiyalarladır ki, şagird onun elmini qavraya bilsin”. Ədəbiyyat dərsliklərinin kifayət qədər güclü olduğunu deyən Nizami Cəfərov düşünür ki, irad tutanların ola bilsin ki, dərslikdən xəbəri yoxdur: “Belə bir tendensiya var, nə görsək, deyirik ki, zəifdir. Özümüz zəif oluruq, ona görə də hər şeyi zəif görürük. İndiyə qədər demək olar ki, ədəbiyyatımızn tarixi mexaniki dövrləşdirilirdi. Amma biz ədəbiyyatın, milli bədii təfəkkürün inkişafını, xüsusiyyətlərini nəzərə alaraq ayrıca dövrləşdirmə vermişik. Qədim dövr ədəbiyyatı, orta dövr ədəbiyyatı, yeni dövr ədəbiyyatı və ən yeni dövr ədəbiyyatı. Orta məktəb səviyyəsində dərslikləri dərinləşdirdik, xeyli müasirləşdirdik. Kimsə o dərslikləri zəif hesab edirsə, ədəbiyyat sahəsində biliklərinə şübhə edirəm”. Geri qayıt |