Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ HƏSƏNOVDAN DEPUTATLA BAĞLI YENİ TƏLİMAT
ƏLİ HƏSƏNOVDAN DEPUTATLA BAĞLI YENİ TƏLİMAT27-09-2012, 14:14 |
![]() PA RƏSMİSİ DÖVLƏT QURUMLARINA В«QASİDВ»Ə PUL VERMƏMƏYİ TAPŞIRIB DİA.AZ: - Məlumat verərəek bildirmişdik ki, ayrı-ayrı qəzet redaksiyalarına 100 min manatdan artıq borcu yaranmış В«QasidВ» Mətbuat Yayımı firması çöküş ərəfəsindədir. Xatırladaq ki, buna səbəb Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tərəfindən В«QasidВ» firmasına aid köşklərə qarşı başlanan В«səlib yürüşüdürВ». Belə ki, bu vaxta qədər sözügedən yayım firmasının 150-dən artıq kökşü götürülüb və proses davam etməkdədir. Qeyd edək ki, В«QasidВ» firmasına deputat Mirkazım Kazımov rəhbərlik edir və DİA.AZ-a verilən məlumatlara görə, bu günlərdə prezidentlə görüşməyə müvəffəq olan deputat firmasına olan basqılarla bağlı ən ali ünvana şikayətlənmə fürsəti də əldə edib. Bildirək ki, ağır seyid ocağının nümayəndəsi olan Mikazım Kazımova prezidentin ailəsi hələ mərhum Heydər Əliyevin dönəmlərindən böyük sayğı ilə yanaşıb. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, amma bütün bunlara rəğmən Əli Həsənov deputatın şirkətinə qarşı təzyiqlərini davam etdirir. Bu barədə danışan qaynaq vurğulayır ki, В«QasidВ» firmasından abunə olaraq qəzet alan dövlət müəssisələrinin sayı günbəgün azalmaqdadır: В«Bunun qarşılığında isə Əli Həsənova yaxın olan В«KaspiВ» mətbuat yayımı abunə biznesini ələ keçirir. Bu azmış kimi Əli Həsənov В«QasidВ»dən qəzet götürən digər dövlət müəssisələrinə də tapşırıq verib ki, firmanın pulu gecikdirilsinВ». Mənbəmiz iddia edir ki, bu gün hətta Milli Məclisin, AzTV-nin belə В«QasidВ» firmasına külli miqdarda borcları yaranıb. Bunun da nəticəsində yayım firması qəzet redaksiyasına borclanır. Mənbəmiz iddia edir ki, belə olan təqdirdə qəzet redaksiyalarının da В«QasidВ» firması ilə münasibətləri pozulur: В«Əli Həsənovun da istədiyi budur ki, В«QasidВ» firması yarıtmaz bir struktur kimi qəzetlərin hədəfinə çevrilsin. Amma mətbu orqanlar məsələnin mahiyyətindən tam xəbərdar olduqlarından əsas hədəfi, yəni Əli Həsənovun özünü nişangaha gətirirlərВ». Geri qayıt |