Əsas Səhifə > Siyasət, Manşet > YAQUB EYYUBOVLA BAĞLI ŞOK İDDİA SƏSLƏNDİ

YAQUB EYYUBOVLA BAĞLI ŞOK İDDİA SƏSLƏNDİ


27-09-2012, 09:43
YAQUB EYYUBOVLA BAĞLI ŞOK İDDİA SƏSLƏNDİ

BAŞ NAZİRİN MÜAVİNİNİN ERMƏNİLƏRLƏ QOHUM OLDUĞU İDDİA EDİLDİ

DİA.AZ: - Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya olunması və prezident İlham Əliyev tərəfindən əfv edilməsi hadisəsindən sonra ermənilərin beynəlxalq səviyyədə qopardığı hay-həşir dünyada olduğu kimi, vətənimizdə də “erməni” mövzusunu ictimai rəyin gündəminə gətirib. Son vaxtlar təkcə mətbu orqanlarda deyil, sosial şəbəkələrdə də bu məsələ müzakirə mövzusuna çevrilib. DİA.AZ hurriyyet.net-ə istinadən xəbər verir ki, bu müzakirələr çərçivəsində srağagün Fasebook-da ölkə ictimaiyyətini ilgiləndirən bir xəbər paylaşılıb. Həmin xəbəri, hər hansı prizmadan şərh etmədən, oxucuların diqqətinə ərz edirik:

“Baş nazirin birinci müavini Yaqub Eyyubov bu yaxınlarda ermənilərlə qohum olub. Belə ki, Y.Eyyubovun qardaşı qızı Qazaxıstanda erməni əsilli gənclə ailə həyatı qurub.

Bu haqda bizə məlumat verən hakimiyyət daxilindəki etibarlı mənbənin sözlərinə görə, toy mərasimində Azərbaycandan da bir qrup rəsmi şəxs iştirak edib. O cümlədən, Yaqub Eyyubovun özünün də iştirak etdiyi məclisdə adət üzrə səbəbkarların, onların ailə üzvlərinin və qohumlarının şəninə sağlıqlar deyilib. Ən əsası isə azərbaycanlılarla ermənilərin yaxın keçmişdə bir-biri ilə “dost xalqlar” olması haqda uzun-uzadı çıxışlar olub.

Mənbənin sözlərinə görə, adı açıqlanmayan Azərbaycan rəsmilərindən biri toy məclisində Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib. O deyib ki, bundan sonra azərbaycanlılarla ermənilər arasında qohumluq əlaqələri bərpa olunacaq va qarşılıqlı olaraq qiz verib-qız alma hallarının sayı çoxalacaq. “Gəlin arzu edək ki, bu evlilik xalqlarımız arasında dostluq münasibətlərinin bərpa olunmasında körpü rolu oynasın və qonşu xalqlar olaraq, 20 il öncəyə qədər olduğu kimi, dinc və mehriban yaşayaq” – deyə Azərbaycan rəsmisi bildirib.

Toy mərasimində baş verənlər və orada iştirak edən rəsmilərin kimliyi haqda Facebook-dakı dostlarımızı daha ətraflı bilgiləndirəcəyik”.

Bu xəbəri Nazirlər Kabinetindəki və Qazaxıstandakı dost-tanışlar vasitəsilə araşdırdıq, maraqlıdır ki, hər iki mənbə informasiyanın gerçəkliyini təsdiq etdilər. Ona görə də həm xalqımızın, həm də qəzetimizin marağı çərçivəsində bu xəbəri dərc etmək qərarı aldıq.

Əlbəttə, burada qeyri-adi bir hadisənin baş vermədiyini iddia edənlər də ola bilər. Hətta bu xəbərin ictimailəşdirilməsinin əleyhinə çıxa da bilərlər. Biz bu yöndə ictimai fikri zorlamaq düşüncəsində deyilik. Ancaq nəzərə alın ki, baş nazirin birinci müavini Yaqub Eyyubov “erməni” məsələsində nə qədər həssas olduğunu zaman-zaman müxtəlif davranışlarla nümayiş etdirib. Hətta zamanında Yaqub Eyyubovun ermənilərlə qohumluğu haqda yazan “Yeni Müsavat” qəzetinin əməkdaşını bunun əksini sübut etmək üçün evinə belə dəvət etmişdi. İndi görəsən nə dəyişdi ki, Yaqub Eyyubov bu sevdanın alınmasına qarşı çıxmayıb. Baxmayaraq ki, bu xəbərin ictimailəşməsi heç də baş nazirin müavini üçün sosial şüurda xoş təəssürat yaratmayacaq.

Bundan başqa, bu evlilik şəriətin gərəyi olaraq da yerinə yetirilməyib. Belə ki, şəriətə görə hər bir müsəlman kişi və qadın kitab əhli, yəni yəhudi və xristianlarla evlilik qura bilər. Təbii ki, İslamı qəbul edib, müsəlman olmaq şərtilə. Təəssüf ki, bizdə olan bilgilərə görə, evlənmə prosesində bu dini prosedur da gözlənilməyib.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Yaqub Eyyubov sıradan bir vətəndaş deyil və ölkə hakimiyyətində çox önəmli bir mövqeyə sahibdir. Ölkədə Ramil Səfərov hadisəsinin hələ də dartışıldığı bir məqamda hakimiyyətin belə bir önəmli şəxsinin erməni ilə qohum olmasının ictimai rəydə iqtidar üçün xeyli siyasi-mənəvi problemlər yaradacağı şübhəsizdir. Bunun üstünə bir də ölkə prezidentinin srağagünkü səfirlərin toplantısında ermənilər və erməni lobbisi haqda dediklərini gəlsəniz nəticənin Yaqub Eyyubov üçün o qədər də ürəkaçan olmayacağını düşünmək olar(Prezident toplantıda erməni lobbisini Azərbaycanın bir nömrəli düşməni adlandırmışdı).

Geri qayıt