Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV YORĞAN DAVASI APARIR…

ELŞAD ABDULLAYEV YORĞAN DAVASI APARIR…


27-09-2012, 09:30
ELŞAD ABDULLAYEV YORĞAN DAVASI APARIR…

İLLƏRDİR QARDAŞINI İTİRƏN ABU REKTORUNUN QƏFİL QARDAŞ SEVGİSİ

DİA.AZ: - Məlum olduğu kimi, dünən gec saatlarında ABU-nun sabiq rektoru Elşad Abdullayev yeni videomüraciət yayıb. Bu dəfə təzyiqlərlə üz-üzə qaldığını söyləyən Abdullayev onu da bildirib ki, hətta fiziki məhvinə qədər yol varsa, yenə də sonuna qədər gedəcək və yolundan dönməyəcək.

Hər halda, dünənə qədər korrupsiya mexanizminin sıradan bir vintciyi rolunu oynayan Elşad Abdullayevin bu qədər əzmkarlıq nümayiş etdirməsi kifayət qədər şübhəli məqumlardan xəbər verməkdədir.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində ABU rektoru heç də görsətməyə çalışdığı kimi girovluqda olan qardaşının qaytarılması naminə deyil, mal-mülkünü qoruma naminə dava aparmaqdadır. Ən acınacaqlısı isə odur ki, dünənə qədər Elşad Abdullayevin cinayətkar əməllərindən ağız dolusu danışanlar belə bu gün az qala onu milli qəhrəman kimi sırımağa çalışırlar. Halbuki Eynulla Fətullayev nümunəsi əslində hər kəs üçün yetərli görk efektində olmalı idi.

Zaman-zaman Eynulla Fətullayevdən qəhrəman düzəldənlər onun «Monitor» jurnalında Azərbaycan dövlətinin, Azərbaycan türkünün milli maraqlarının əleyhinə yazdığı məqalələri sanki unutmuşdular. Hətta onun yəhudisiz, ermənisiz qalmış Bakı haqqında yazdığı «Poetryannıy qorod» yazısına «elə bildim Şuşadan, Xankəndidən yazıb» deyərək cavab verənlər belə Eynulla Fətullayevlə bağlı yanıldıqlarının fərqinə xeyli sonradan vara bildilər. Halbuki həmin ərəfədə belə bizlər onun əslk imliyinin çatdırılmasında maraqlı olduğumuzu nümayiş etdirdik.

İndi isə Elşad Abdullayev danışır. Onun kimliyi barədə danışmaq artıqdır. Ən azından rəhbərlik etdiyi BÖYÜK BAZARda baş verənlər, ABU-nun yaratdığı təəssürat hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Amma buna rəğmən hələ də Elşad Abdullayev müdafiə olunur. Yeganə səbəbsə onun Ramiz Mehdiyevə qarşı getməsi faktıdır. Diqqət yetirin, RAMİZ MEHDİYEVƏ QARŞI GETMƏSİ FAKTI…

Yəni bu gün Elşad Abdullayev bu şəkildə özünə müdafiə qazanıb. Yenə də yanlış xətt, yanlış qənaət. Elşad Abdullayev hətta bu gün hakimiyyətə qarşı da deyil. Və sadəcə olaraq öz mənfəəti baxımından hansısa iqtidariçi qruplaşma ilə döyüşmək zorunda qalıb. Bu barədə danışan mənbəmiz iddia edir ki, Elşad Abdullayev Fransaya gedəndən sonra Azərbaycanda qalan varidatını da xaricə köçürmək istəyib: «Amma buna imkan verilməyib. Və belə olan təqdirdə birdən-birə Elşad Abdullayevi «qardaş sevgisi» bürüyüb və o, əlindəki videoçəkilişlərdən istifadə etməyə qərar verib».

Elşad Abdullayevin ABU-dakı fəaliyyəti dönəmində bütün görüşdüyü şəxsləri lentəə aldığını bildirən mənbəmiz onu da vurğuladı ki, ABU-nun sabiq rektoru zaman-zaman gündəmdə qala bilməsi üçün yenə çəkilişləri də yayacaq: «Amma nəzərə alınmalıdır ki, bu adam siyasi mübarizə aparmır və illərdir tələbələrdən, valideynlərdən oğurladığı pulları ölkədən çıxarmaq istəyir. Yəni dava yorğan davasıdır»…

Onu da bildirək ki, redaksiyamıza Elşad Abdullayevlə bağlı ilginc faktlar ötürülüb və bu yöndə araşdırmalarımız gedir. Yaxın vaxtlarda şok faktları açıqlayacağıq...

Geri qayıt