Əsas Səhifə > Güney Press / Manşet > RAMİL SƏFƏROVUN ÖLDÜRƏ BİLMƏDİYİ ERMƏNİ DANIŞDI

RAMİL SƏFƏROVUN ÖLDÜRƏ BİLMƏDİYİ ERMƏNİ DANIŞDI


26-09-2012, 16:44
RAMİL SƏFƏROVUN ÖLDÜRƏ BİLMƏDİYİ ERMƏNİ DANIŞDI

AYK MAKUÇYAN ERMƏNİ HƏYASIZLIĞI NÜMUNƏSİ ORTAYA QOYDU

DİA.AZ: - Ermənistan Ramil Səfərov işi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məhkəməsinə və Avropa Məhkəməsinə şikayət etməyə hazırlaşır. Bu barədə DİA.AZ erməni KİV-lərinə istinadən xəbər verir.

Düşmən mətbuatın yazdığına görə, iddiaçı tərəf qismində guya ki, Ramil Səfərovun baltasından salamat qurtarmış Ayk Makuçyan çıxış edir. Bildirilir ki, Ayk Makuçyan Ramil Səfərovun cəhənnəmə vasil etdiyi Qurgen Markaryanın hərbçi yoldaşı olub və guya ki, o, ölümdən zar-zor qurtarıb. Bildirək ki, Ayk Makuəyan hazırda Ermənistan Müdafiə Nazirliy kollegiyasının katibi vəzifəsində çalışır.

Ayk Makuçyan erməni jurnalistlərinə açıqlamasında bildirib ki, sözügedən instansiyalara o, insan haqqlarının pozulması ilə bağlı şikayət edəcək.

Ayk Makuçyanın Ramil Səfərovla bağlı açıqlamasını təqdim edirik: В«Qurgen ətrafdakılarda xeyirxah velikan (?!) təəssüratı yaradırdı. Fiziki cəhətdən güclü idi və dostcanlı idi. Amma Ramil Səfərov heç bir tədbirdə aktivlik nümayiş etdirmirdi. Əgər biz onu az-az görməsəydik, heç sonradan xatırlamazdıq daВ».

Daha sonra Ayk Makuçyan uydurmalarını davam etdirir: В«Ramil Səfərov bizimlə görüşəndə dedi ki, biz Ermənistandan deyilikmi… Sonra qayıdıb dedi ki, biz qardaşıqВ».

Daha sonra Ayk Makuçyan özünün beynəlxalq məhkəməyə ünvanladığı cəfəng iddialarına haqq qazandıra bilməsi üçün davam edir: В«Azərbaycan tərəfi iddia edir ki, erməni zabitlər onları ələ salıblar. Bu yalandır. Əvvəlcə dedilər ki, məişət zəminində olub. Sonradan isə bayraq məsələsini ortaya atdılar. Halbuki şahidlər də bayraq məsələsini təkzib etdilərВ».

Təbii ki, Ayk Makuçyan bu açıqlaması ilə növbəti erməni həyasızlığına imza atmaqdadır və özünün cəfəng iddiaları üçün zəmin hazırlayır. Bizim isə borcumuz indidən buk imi məhkəmələrə hazırlıqlı olmaqdan ibarətdir.

Geri qayıt