|
"Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi. 10 gündən çoxdu asfalt örtüyü dəyişib və kanalizasiya quyularının qapaqları yola uyğunlaşdırılmadığından 5-10 sm. dərinliyində quyular yaranıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Görəsən, aidiyyatı qurumlar nəyi və kimi gözləyir? Marsdan yadplanetlilərmi gəlib Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nöqsanlarını aradan qaldıracaq?"
Geri qayıt
|