Əsas Səhifə > Manşet / Sosial > Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU

Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU


Bu gün, 07:48
"​Mən bu sərt və kəskin rəsmi müraciəti ünvanlamaqla, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyinin dövlətçilik prinsiplərini ayaqlar altına ataraq, dövlət qurumunu necə öz şəxsi obyektinə çevirdiyini qətiyyətlə diqqətinizə çatdırıram.." "DİA-AZ" xəbər verir ki, bu sözlər Biləsuvar Rayon Xırmandalı kənd sakini Rzayeva Yeganə Atakişi qızı tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "​Hazırda yaşlı anamın himayəsində yaşayıram. Uzun illərdir ki, onurğamda yaranmış ağır əyrilik və fəqərə sütunu patologiyaları səbəbindən hər ay fasiləsiz olaraq bahalı dərman preparatlarından və xüsusi tibbi vasitələrdən istifadə etmək məcburiyyətindəyəm.
Sağlamlığımın tamamilə pozulması, onurğamdakı qüsurlar və dözülməz ağrılar ucbatından heç bir yerdə işləmək, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətim qətiyyən yoxdur.
Tam əməkqabiliyyətsiz və xəstə olduğum üçün heç bir qazanc mənbəyim mövcud deyil. Həyati vacib dərmanlarının alınması üçün hər ay külli miqdarda vəsait tələb olunur.
Ailəmizin kommunal xərclərini ödəmək, gündəlik çörək pulunu tapmaq , müalicə və müayinə xərclərini qarşılamaq üçün heç bir maddi imkanımız qalmamışdır.
​Xüsusilə vurğulamaq istəyirəm ki, ölkəmizdə aztəminatlı və həssas qruplardan olan ailələrə dövlət tərəfindən mütəmadi olaraq ərzaq qutuları (yardımlar) ayrılmasına, bayram günlərində və xüsusi özəl günlərdə belə ailələrə diqqət göstərilməsinə baxmayaraq, Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən bizə bu yardımlardan heç biri verilmir. Dövlətin sosial dəstək üçün ayırdığı ərzaq və bayram sovqatları yerli məmurlar tərəfindən düşünürəm ki talan olunur, kənara yönəldilir və yalnız öz yaxın ətraflarına paylanır.
​Yaranmış bu dözülməz vəziyyətlə əlaqədar olaraq, bundan təxminən üç ay qabaq Biləsuvar Rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edərək birdəfəlik maddi yardım ayrılmasını xahiş etmişdim. Lakin İcra Hakimiyyətində məni qəbul edən zaman qurumun məsul şəxsləri və başçının köməkçisi mənim ağır sosial durumumdan, çarəsizliyimdən və səhhətimin xəstəliklərindən açıq şəkildə sui-istifadə etmişlər. Onlar məni aldadaraq məzmunu ilə tam tanış olmağıma imkan verilməyən, əvvəlcədən hazırlanmış və oxumadığım sənədlərə (ərizələrə) qol çəkdirmişlər. Qol çəkdiyim zaman mənə yalandan bildirdilər ki, guya mənə tezliklə – 20 gün müddətində birdəfəlik maddi yardım veriləcəkdir. Lakin aradan aylarla vaxt keçməsinə baxmayaraq, nə vəd olunan yardım ödənilib, nə də müraciətimə hər hansı cavab verilib.
​Biləsuvar Rayon İcra Hakimiyyətində vəzifəsindən sui-istifadə edərək yalan vədlər vermək, vətəndaşları aldatmaq və açıq-aşkar süründürməçilik hallarına yol vermək qətiyyən yolverilməzdir və dözülməzdir! Mənim adımı və ağır vəziyyətimi aldatma yolu ilə istifadə edərək saxtakarlığa əl atmaları açıq-aşkar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vətəndaşa qarşı törədilmiş cinayətdir.
​Biləsuvar Rayon İcra Hakimiyyəti rəhbərliyinin dövlət strukturunu şəxsi obyektləri, mülkləri kimi idarə etmələrini, qanunları tapdalayıb sadə vətəndaşların hüquqları ilə oynamalarını ən sərt şəkildə qınayıram. Bu cür məmurlar dövlətin adına və Ali Rəhbərliyin həyata keçirdiyi sosial siyasətə ləkə yaxır, vətəndaşlarda dövlətə qarşı süni narazılıq yaratmağa çalışırlar.
​Bütün bunlarla yanaşı, qəti şəkildə bəyan edirəm ki, Mən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevin həyata keçirdiyi dürüst, ədalətli və şəffaf siyasətə qətiyyətsiz və sonsuz inanıram. Mən dövlətimizə, dövlətçiliyimizə və uca Konstitusiyamıza hər zaman sadiqəm! Mənim narazılığım dövlətdən deyil, məhz dövlət siyasətinə kölgə salan, vətəndaşları incidən və özbaşınalıq edən Biləsuvar rayon icra hakimiyyətinin başcısı Faiq Akifoglu Qürbətov və səriştəsiz məmurlardandır.
​Yuxarıda göstərilən bütün ağır sosial, tibbi, hüquqi və kanistutusiya huquqlarımin kobud şəkildə pozulması hallarının mövcud olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təcili, qəti və ən sərt tədbirlərin görülməsini təkidlə tələb edirəm:
​Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Akif oğlu Qürbətovun və birinci müavininin fəaliyyəti dərhal və hərtərəfli şəkildə araşdırılsın, dövlət qurumunu şəxsi obyektə çevirdiklərinə, süründürməçilik və yalan vədlərə yol verdiklərinə görə onlara ən sərt siyasi və hüquqi qiymət verilsin.
​Dövlət tərəfindən həssas əhali qrupları, xəstələr və aztəminatlı ailələr üçün ayrılan maliyyə vəsaitlərinin, o cümlədən maddi yardım fondlarının, ərzaq qutularının və bayram sovqatlarının kimlərə və hansı yaxın qohumlara talan edilərək xərclənməsi ciddi şəkildə araşdırılaraq siyasi qiymət verilsin.
​Mənə dələduzluq və aldatma yolu ilə istifadə edərək sənədlərə imza atdıran məsul şəxslər barəsində sərt cinayət məsuliyyəti tədbirləri görülsün.
​Uzun illərdir onurğamda yaranmış ağır əyrilik səbəbindən əmək qabiliyyətimi tamamilə itirməyim, ana himayəsində yaşamağımız, həmçinin xroniki xəstəstəlikdən əziyyət cəkərək sağlamlıq durumum nəzərə alınaraq, həkimlərin təyin etdiyi həyatı vacib dərmanların və tibbi vasitələrin alınmasında, müalicəmin davam etdirilməsində, eləcə də dövlət tərəfindən nəzərdə tutulan ərzaq və sosial yardımlarla təmin olunmağımızda təcili dövlət dəstəyi və əməli köməklik göstərilməsi xahiş edirəm ki təmin edilsin.
Biləsuvar rayon icra hakimiyyətinin başcısı
Faiq Akif oğlu Qürbətova xatırladıram ki
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkəmizdə dövlət hakimiyyətinin və vətəndaş hüquqlarının əsas qarantı məhz Azərbaycan Respublikasının Prezidentidir.
​Konstitusiyanın 8-ci maddəsinə görə, Azərbaycan Respublikasının Prezidenti dövlət başçısıdır və o, Azərbaycan dövlətçiliyinin, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əməl olunmasının qarantıdır. Eyni zamanda, Prezident insan və vətəndaş hüquq və azadlıqlarının, Konstitusiyanın və qanunların icrasının təmin olunmasında mühüm təminatçıdır.
​Hər Bir Azərbaycan Respublikasının vətəndaşlarına "QARANTİ" Azərbaycan Respublikasının Prezidentidir
​Dövlətçiliyə, qanunun aliliyinə və Ali Baş Komandanın ədalətinə sadiq qalaraq, bu özbaşınalığa son qoyulmasını və şikayətimin və müraciətimin ən ciddi şəkildə nəzarətə götürülməsini xahiş edirəm".

Geri qayıt