Əsas Səhifə > Manşet / Siyasət > "Əmək haqları yenə üç aydır ki, ödənilmir..."

"Əmək haqları yenə üç aydır ki, ödənilmir..."


Bu gün, 02:08

"SOCAR AQŞ rəhbəri cənab Mollayev... arxalı rəis..! Təqsir sizdə deyil, təqsir daima hüquqlarını pozduğunuz işçilərdədir ki, ölkə qanunvericiliyini pozduğunuz üçün məhkəməyə müraciət etmirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Cəzalandırılmırsınız! Günah idarə və müəssisələrdə Əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən (ARƏM maddə 15) Dövlət Əmək Müfəttişliyi Xidmətindədir ki, ölkə qanunvericiliyini pozduğunuz üçün sizi cəzalandırmayıb və.s.
İşçinin yazdıqları düzdürsə, bu halda siz ölkənin əmək qanunvericiliyinin aşağıda qeyd olunan maddələrini pozduğunuz üçün müvafiq qurumlar tərəfindən cəzalanmalısınız.
✅ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi: İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir..."
"DİA-AZ" bildirir ki, bunun ardından NHMT sədri əmək haqları mütamadi gecikdirilən işçilərdən birinə istinadən yazır:
"Əmək haqları yenə üç aydır ki, ödənilmir, mühasibə yazırıq hər gün deyir ki, ayın sonu, düz 3 aydı elə ayin sonu deyib dururlar amma nə ay sonu nə də həftə sonu olur, əmək haqqı verilmir. İndi də yaxşı söz tapıblar deməyə... əmək haqqı soruşan kimi təəccüblə ölümlə nəticələnən qəzanı xatırladıb deyirlər ki şirkətin bu vəziyyətində sizin pul istəyiniz başa düşülməyəndir... Belə çıxır ki, baş vermiş qəzanın da əziyyətini işçilər çəkməlidir? İndicə mühasibə yazırıq ki, sentyabrdır, dərs başlanır, uşaqlara məktəb ləvazımatı, paltarı və s. almalıyq, əmək haqqının verilməsi ilə bağlı nə düşünürsünüz deyir ki, çox təəssüf ki, pul olmayacaq... Samir Mollayev işçini niyə belə alçaldıb əzirsən?.."
✅Qeyd edək ki, işçilərin əmək haqqının niyə gecikdirilməsi ilə əlaqədar verilən sualına isə mühasib Azneft İB-nin MMC-ə müvafiq ödənişin etməməsi ilə əlaqələndirir.
Onu da qeyd edək ki, SOCAR AQŞ MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , ✅#NobelOilLtd., - 73.77% , 
Abşeron Qazma MMC -12.85%...

.

.

.

Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...


Geri qayıt