Əsas Səhifə > Manşet / Hadisə > Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm...
Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm...Bu gün, 08:25 |
|
Bizimesr.media-ya daxil olan məlumata görə, Süleyman Rüstəm küçəsində yerləşən ərazidə ağacların ətrafına beton tökülməsi ilə bağlı ciddi narahatlıq yaranıb. Sakinlərin iddiasına əsasən, bu üsulla ağacların kök hissəsinə müdaxilə edilir və onların qurumasına şərait yaradılır.
Sakinlər iddia edirlər ki, tikinti işləri ilə əlaqədar bir sıra ağaclar artıq məhv edilib. Digər ağacların isə diblərinin betonlanması onların gələcəkdə qurumasına səbəb ola bilər. Ərazidə yaşayan vətəndaşlar məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin şikayətlərinin nəticəsiz qaldığını bildirirlər. Bizimesr.media Video BURADA: https://vt.tiktok.com/ZSVEb2TKW/ Geri qayıt |