Baku olunan fərdi həyət evləridir. Bu tendensiya uzun illər evsizlikdən əziyyəöt çəkən vətəndaşların birtəhər kirayəçilikdən canını qurtarmaq istəkləri ilə əlaqələndirilir. Mərkəzdən aralı yerlərdə fərdi evlərin tikintisi çox müddət çəkmir və diqqətdən uzaq olur. Lakin fərqli olaraq paytaxtın mərkəzi rayonlarında sıxlığın fonunda qanunsuz inşa olunan tikililər bir qayda olaraq qeyri-yaşayış obyektləridir. Kifayət qədər izdihamlı yerlərdə, göz önündə tikilən bu obyektlərin başa çatdırılması uzun vaxt çəkir. Bir sözlə, aidyyati qurumların belə özbaşınalıqları görməməsi qeyri-mümkündür.
Yasamal rayonunun Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi – 5 ünvanda çoxmərtəbəli binanın qarşısında, binaya bitişik tikili inşa olunmaqdadır. Tikilinin ilk olaraq nəzəri cəlb edən cəhəti binanın həyətinin torpağının qazılaraq dərinləşdirilməsi və gələcək obyektin əhatə edəcəyi sahənin üstünün dəmir çardağla örtülməsi və binanın birinci mərtəbəsinin pəncərələrini gün işığından məhrum etməsidir. Bundan əlavə, tikilməkdə olan qeyri-yaşayış obyektində və binada gələcəkdə yanğın və ya hansısa başqa fövqəladə hadisə baş verərsə, hilasedicilərin hərəkətinə yer qalmayacaq. Təhlükə vəd edən bu naqislik yerində çəkilişı aparmış əməkdaşlarımızın qeydə aldıqları video-materialda da aşkar görünür.
İnşaat normalarına qətiyyən uyğun gəlməyən bu qanunsuz tikili həm də əvvəllər yerində olmuş ağacların məhv edilməsi hesabına başa gəlmişdir. Sakinlər bildirirlər ki, ərazidə 10-dan çox ağac kəsilmişdir. Məsələ ilə əlaqədar aidiyyəti qurumlara və eləcə də Yasamal Rayon İcra Hakimiyyətinə məktublar göndərsək də, adresatların reaksiyası özünü ləngidir. Sözügedən ünvana daha yaxın olan RİH isə ümumiyyətlə özbaşınalığın qarşısını almağa maraqlı görünmür.