Əsas Səhifə > Manşet / Sosial > AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ...

AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ...


Bu gün, 06:32

"Cəzasızlar!!! Araşdırılmasına, günühkarın cəzalandırılmasına ehtiyac duyulur..." "DİA-AZ" xəbər verir ki, bu sözlərin müəllifi olan tanınmış hüquq müdafiəçisi Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının NHMT sədri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında növbəti işçi gileyini ictimailəşdirib.

SOCAR Azəriqaz İB Lənkaran RQİİ-də çalışan işçilərin NHMT sədrinə ünvanlanmış müraciətində deyilir ki, artıq üç aydır Lənkəran RQİİ-nin başqa rayonlardakı yerləşən Xidmət Sahələrində çalışan işçilərini daşıyan avtobusunu işə buraxmırlar.

Müraciətdə daha sonra bildirilir: "Əvvəllər həmin avtobus səhər saat 7.00-də Bilasuvardan çıxıb yolüstü Cəlilabadda işləyən işçiləri Cəlilabada, ordan Masallıda işləyənləri Masallıya, Lənkaranda işləyənləri isə Lənkarana aparırdı. Axşam saat 6.00-da isə həmin işçiləri yaşadıqları rayonlara aparırdı. İndi isə işçilər öz pulları ilə işə gəlib gedirlər. Biləsuvardan Lənkərana 95 km, Cəlilabaddan 70 km,Masallıdan 35 km. İşçilər qeyd edir ki, hər ay heç olmasa 200 manat pulumuz nəqliyyat xərclərinə sərf olunur..."

Qeyd edək ki, NHMT sədri bununla bağlı Azəriqaz İstehsalat Birliyinin rəhbəri Azər Məmmədova müraciət edib: "Cənab Baş direktor işçilərin günahı nədir? İşçilərə verdiyiniz əziyyət bumeranq olub, özünüzə də qayıda bilər! Sadəcə zamana ehtiyac duyulur..."


Geri qayıt