Əsas Səhifə > Manşet / Güney Press > "Niyə mən borclanmalıyam?"

"Niyə mən borclanmalıyam?"


Bu gün, 16:43

"Bank of Baku-dan istifadə etməyin, camaatın cibinə girmək və haqsızlıq üzrə lider banklardandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Asif adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm, şikayətim var" sosial qrupundakı paylaşımında gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:

"Mənim hesabım -10.83 manat kimi əks olunur. Mən bu kartı aktiv etdikdən sonra 1 dəfə istifadə etmişəm

950 manat balansı artırmışam.
549.78 dollar bilet almışam, 945.13 manat...
Karta qalan pulu da başqa karta köçürmüşəm. Hazırda məni borclandırıblar. Özlərinə də bildirirəm, valyutada dəyişiklik olduğunu bildirirlər. Bunun mənə nə dəxlisi var ki? Niyə mən borclanmalıyam?"

Geri qayıt