Əsas Səhifə > Manşet / Şou-biznes > "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?"

"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?"


Bu gün, 07:33

"Bu gün Azərbaycan kinosu bir qurup adamın şəxsi inhisarına çevrilib. ARKA deyilən qurum Dövlətin vəsaitini bir neçə adamın arasında bölüşdurməklə korrupsiya və pul yumaqla məşguldur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış rejissor, ssenarist, jurnalist Rahim Telman Sadıqbəyli qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Mədəniyyət Nazirliyi də bu işdə onlarla əlbirdirsə o zaman Kinonun vəziyyəti Allahın ümidinə qalıb. Azərbaycanda kino istehsalatini bərbad günə salan bir sıra korrupsioner və rüşvətxor adamlara etirazımi bildirirəm. Ən qısa zamanda bir qurup kino xadimləri ilə mətbuat konfransı keçirəcəyəm..."

"DİA-AZ " bildirir ki, bunun ardından müraciət müəllifi ciddi ittihamlar səsləndirərək yazır:

"Orxan Fikrətoğlu, ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Günay Rəhimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Elxan Cəfərov, Müşfiq Hətəmov, Elçin Musaoğlu, Cəmil Quliyev, İlham Qasımov və adını çəkmədiyim kino başbilənləri, hansı meyarlara görə ssenariləri qiymətləndirirsiniz?

Yoxsa ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi korrupsiya və tanışlıq yoluyla filmləri maliyyələşdirir? Nədən nə nazirin nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır? Niyə Dövlətə və Dövlətçiliyə sadiq diaspora nümayəndələrini bilərəkdən Dövlətdən incik salırsınız?

Bundan əvvəl Dövlət dəstəyi ilə maliyyələşən hansı şirkətin filmləri beynəlxalq səviyyədə mükafat alıb ki, siz yenidən həmin şirkətlərə dəstək verib maliyyə ayırırsınız? Antalya Mədəniyyət forumunun Diaspora qarşısında qoyduğu tələblərə riayət etmək əvəzinə özlərinə yaxın qurumlara dəstək olaraq onlara yararsız filmlərə maliyyə dəstəyi etməklə çirkin əməllərini davam etdirirlər. Münsiflər heyəti yazılı açıqlama bildirsin. Niyə "Ömrün qış fəsli" filminin ssenarisi "piching" mərhələsinə çıxmadı? Əvvəlcədən bildiyiniz və müəyyən etdiyiniz şirkətlərə maliyyə ayırmaq niyyətiniz vardısa bu yalançı müsabiqə nəyə lazım idi. Yoxsa gözdən pərdə asmaq üçün lazım idi bunlar?"


Geri qayıt